N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı Qaradağda səfərdə oldular.
28 noyabr 2014-cü il tarixində N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı Qaradağda qastrol səfərdə oldular.
Səfər çərçivəsində teatrın kollektivi Lökbatan qəsəbəsində yerləşən Ə.Əmirov adına Mədəniyyət sarayında Maarif Məmmədovun “Əcnəbi kürəkən” tamaşası ilə çıxış etdilər. Tamaşanın quruluşçu rejissoru Adil Zeynalov, quruluşcu rəssam isə Məmmədyar Cəfərovdur.
Əsərin əsas məğzi Uilyan adlı amerikalı gəncin atasını axtarması məqsədilə onun yaşadığı kəndə gəlişi ilə bağlıdır. Burada öz məhəbbətini tapan əcnəbi gənc azərbaycanlı qızla ailə həyatı qurur. Gülər Kərimovanın yaratdığı Nüşabə və Emin Fətullayevin oynadığı Uilyam obrazlı gənclər tərəfindən xüsusi maraqla qarşılandı.
Sonda N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov göstərilən dəstəyə və yaradılan şəraitə görə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılova, eləcə də tamaşaçıların göstərdikləri diqqət və hərarətli alqışları üçün kollektiv adından dərin minnətdarlığını bildirdi.