Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ Rayon İcra Hakimiyyətində Başçının yanında Şuranın növbəti iclası keçirildi.

27 noyabr 2014 | 11:00

27 noyabr 2014-cü il tarixində Qaradağ Rayon İcra Hakimiyyətində Başçının yanında Şuranın növbəti iclası keçirildi.
       Şuranın işində rayon İcra hakimiyyəti başçısının yanında Şura üzvləri, rayon İcra hakimiyyətinin şöbə müdirləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri və rayonun aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərləri də daxil olmaqla 90 nəfər iştirak edirdi.
       Şurada Qaradağ rayonunda təhsil, səhiyyə və mədəni-maarif müəssisələrində cari qış mövsümünə hazırlığın vəziyyəti barədə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılovanın, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublikanın hərtərəfli və sürətli sosial-iqtisadi inkişafına yönələn uğurlu daxili və xarici siyasətinin Qaradağ rayonunda təbliği üzrə görülən işlərin təşviqat işləri barədə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramovun, Qaradağ rayonunda sərnişindaşımada mövcud vəziyyətin təhlili və qarşıda duran vəzifələr haqqında Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi Emil Məmmədovun, 2014-cü ilin dekabr ayında keçiriləcək bələdiyyə seçkilərinə Qaradağ rayonunda hazırlıq işlərinin gedişatı barədə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Nadir Muradovun  məruzələri dinlənildi.
       Məruzələr ətrafında çıxışlar bitdikdən sora Şura iştirakçılarının rayonun sosial-iqtisadi inkişafının və infrastrukturun cari vəziyyəti ilə bağlı sualları, rəyləri və təklifləri dinlənildi.
       Başçı, Şuranın sədri cənab Süleyman Mikayılov Qaradağ rayonunun qəsəbələrində aparılan quruculuq və abadlıq işlərinin aparılması, tədris müəssisələrində, səhiyyə və mədəniyyət ocaqlarında əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması, rayon əhalisinin sosial problemlərinin həlli istiqamətlərində müvafiq tapşırıqlarını verdi.
           Gündəlikdəki məsələlərə dair Şuranın qərar layihələri oxunaraq, müvafiq rəylər və təkliflər nəzərə alınmaqla qəbul edildi.
 

Keçidlər