Şriftin ölçüsü :

Saytın rəngi :

Aztəminatlı ailələrinin oğlan uşaqları üçün sirkumsido (sünnət) xeyriyyə təbdiri

11 iyul 2012 | 10:00

Sahil qəsəbəsində yerləşən 20 saylı Birləşmiş Şəhər Xəstəxanasının uşaq poliklinikası şöbəsində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılovun təşəbbüsü və tapşırığı ilə Qaradağ rayonunun aztəminatlı ailələrinin oğlan uşaqları üçün sirkumsido (sünnət) xeyriyyə təbdiri həyata keçirilmişdir.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi şöbəsinin müdiri Munis Bayramov çıxış edərək uşaqların valideynlərinə, tədbiri təşkil edənlərə və digər iştirakçılara Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılovun salamlarını, xeyir duasını və gözaydınlığını çatdırmışdır.
Daha sonra qeyd etmişdir ki, xalqımızın milli adət-ənənələrinə uyğun olan bu mərasim Qaradağ rayonunda 2005-ci ildən başlayaraq ənənə halını almışdır.
Hər il rayonun ayrı-ayrı qəsəbələrindən aztəminatlı ailələrin oğlan uşaqlarına sünnət mərasimi keçirilir.
Bu ilki mərasimin həyata keçirilməsində Türkiyə Respublikasından dəvət olunmuş Denizli Diplomalı Sünnetçiler Derneğinin həkimi Adem Özenə, tədbirdə yaxından iştirak edən Qaradağ rayon Qızıl Aypara cəmiyyətinə, Sahil bələdiyyəsinə və uşaq poliklinikasının həkim və tibb personalına təşəkkürünü bildirmiş, belə xeyirxah işlərin və xeyriyyə tədbirlərinin bundan sonra da davam etdiriləcəyini qeyd etmişdir.
Sünnət olunacaq körpələrə cansağlığı və xoşbəxtlik arzulamış, valideynləri bu münasibətlə təbrik etmişdir. Tədbirdə Denizli Diplomalı Sünnetçiler Derneğinin həkimi Adem Özen, Sahil bələdiyyəsinin sədri Şükran Nəcəfov və Qaradağ rayon Qızıl Aypara cəmiyyətinin sədri Niyaz Eyvazov çıxış edərək tədbir iştirakçılarına öz ürək sözlərini çatdırmışlar.
Mərasimdə 150-dən çox aztəminatlı ailələrin oğlan uşağına sünnət olunmuşdur.

Keçidlər