Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının yaradılmasının 22-ci ildönümü qeyd olundu.

20 noyabr 2014 | 11:00

Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaranmasının 22 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.
   Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, YAP-ın İdarə heyətinin üzvü, millət vəkili Mixail Zabelin, YAP-ın siyasi şurasının üzvü, millət vəkili Musa Quliyev, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, digər qonaqlar və rayon ictimaiyyəti iştirak edirdilər.
İlk öncə tədbir iştirakçıları Lökbatan qəsəbəsində yerləşən ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin abidəsini ziyarət edərək abidə önünə güllər düzüb, dahi şəxsiyyətə ehtiramlarını bildirdilər.
Qonaqlar Heydər Əliyev Mərkəzinə baxış zamanı Ulu Öndərin zəngin həyatı ilə yaxından tanış oldular.
Giriş nitqi ilə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov qeyd etdi ki, Yeni Azərbaycan Partiyası böyük çətinliklərə sinə gərərək həyata keçirdiyi uğurlu siyasətlə xalqın partiyası imicini qazanaraq öz adında böyük bir mənanı, məqsədi birləşdirir. Bildirdi ki, müstəqilliyinin ilk illərində ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi ucbatından varlığı şübhə altında qalan Azərbaycanın bu bəlalardan xilas olması üçün xalqın üzünü Ulu öndər Heydər Əliyevə tutması gələcəyə ümiddən xəbər verirdi. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı yeni, müasir Azərbaycanın yaranmasını şərtləndirdi. Bu gün Azərbaycanda  milli birlik, milli həmrəylik mövcuddur.  O vaxt Azərbaycanda total böhran hökm sürürdü. Bu gün dünyanın aparıcı  dairələri etiraf edir ki,  Azərbaycan ən qüdrətli ölkəyə çevrilməkdədir. Bütün bunları edən, xalqın dəstəyinə arxalanan xalqımızın lideri Heydər Əliyev olub.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov o dövr Yeni Azərbaycan Partiyasının yaranmasını Azərbaycanın müasir siyasi tarixində mühüm hadisə olduğunu bildirdi. Qeyd etdi ki, bu gün əldə etdiyimiz bütün uğurların təməlində ümummilli liderimiz Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi dayanır. Müasir müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev, eyni zamanda, ən yeni tariximizin çətin anlarından şərəflə çıxmış və müstəqilliyimizin gerçəkləşməsində, ictimai-siyasi sabitliyin qorunmasında, inkişafımızın təmin edilməsində qarant rolunu oynayıb.
Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Möhtərəm Prezidentimiz cənab  İlham Əliyev sosial-iqtisadi yüksəlişə nail olmaqla qlobal dünyada Azərbaycanı müasir və inkişaf etmiş dövlətə çevirib. Ümummilli lider Heydər Əliyevin müdrikcəsinə söylədiyi "Azərbaycan dünyaya günəş kimi doğacaq" fikri bu gün artıq reallaşıb.
YAP-ın siyasi şurasının üzvü, millət vəkili Musa Quliyev öz növbəsində qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən Ulu öndər Heydər Əliyevin hələ sağlığında ikən canlı əfsanəyə çevrildiyini vurğuladı. Qeyd etdi ki, Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi böyük siyasətçi, görkəmli dövlət xadimi, zəmanəmizin bənzərsiz şəxsiyyəti Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin günü-gündən çiçəklələnməsi, regionun ən qüdrətli, güclü dövlətinə çevrilməsi təməli ulu öndər tərəfindən qoyulan siyasətin İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilməsidir.
YAP-ın İdarə heyətinin üzvü, millət vəkili Mixail Zabelin Yeni Azərbaycan Partiyasının  bu gün cəmiyyətdə çox böyük nüfuza malik olduğunu fikrini səsləndirdi. Bildirdi ki, Partiyanın əsas vəzifələri olan dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlət qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsi Azərbaycan xalqının mənafelərinə bütünlüklə cavab verir. Çətin bir şəraitdə yaranan YAP çox qısa müddətdə güclü və mütəşəkkil siyasi qüvvə kimi formalaşması, ətrafına insanları toplaması bir daha Heydər Əliyev fenomeninin, dühasının qüdrətindən xəbər verir.
Daha sonra çıxış edənlər YAP-ın yaranması və inkişafı tarixindən, partiyanın müasir Azərbaycanın həyatında oynadığı roldan danışdılar.
SondaYeni Azərbaycan Partiyası sıralarına keçmiş bir qrup gəncə vəsiqələr və eyni zamanda, Qaradağ rayonunun ictimai-siyasi həyatında fəal iştiraka görə bir qrup partiya fəalına fəxri fərmanlar və hədiyyələr təqdim edildi.

Keçidlər