Məktəblilərimizin “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur aksiyasının birinci mərhələsi sona çatdı.
12 noyabr 2014-cü il tarixində ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş naliyyətlərin dərindən öyrənilməsi məqsədilə respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə səyahətlərinin təşkilinə dair Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə maarifləndirici tur-aksiyası layihəsi çərçivəsində 09 noyabr 2014-cü il tarixində yola salınmış məktəblilərimiz geri döndülər.
Tur-aksiya çərçivəsində Fizulu-Ağcabədi-Ağdam-Bərdə-Tərtər marşurutu üzrə yola düşən gənclər həmin regionların qədim tarixi, mədəniyyət abidələri, müasir simasını əks etdirən Heydər Əliyev Mərkəzləri, tarix-diyarşünaslıq muzeyləri, gənclər mərkəzləri, Bayraq meydanları, rəsm qalereyaları və digər obyektlərlə tanış oldular.
Bu tur çərçivəsində rayon məktəbləlilərindən dörd nəfəri fəal iştirakına və xüsusi istedadına görə müxtəlif hədiyyələr ilə mükafatlandırıldılar. Həmçinin hər bir regiona səfər zamanı gənclərimizə həmin bölgənin sosial-iqtisadi, mədəni inkişafından bəhs edən kitablar və disklər hədiyyə olaraq verildi.
Məktəbliləri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova və rayon ictimaiyyəti qarşıladı. Məktəblilərin səyahət barədə fikirləri dinlənildi və onlara təhsillərində uğurlar arzulandı.
Məktəblilər bu tur çəriçivəsində bölgələrdə çox isti qarşılandıqlarını və həqiqətən də Azərbaycanımızın hər bir bölgəsinin sürətlə inkişaf etdiyinin şahidi olduqlarını bildirdilər.