Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunda “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində ağac əkini davam edir.

13 noyabr 2014 | 11:00

   Bu ilin noyabr ayından ölkəmizin bütün guşələrində Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA-Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq İctimai Birliyinin təsisçisi Leyla xanım Əliyevanın “Ümumrespublika yaşıllaşdırma” layihəsi əsasında ağacəkmə kampaniyasına start verilmişdir.
   Qaradağ rayonunda da bu layihə Qobustan qəsəbəsində başlanılmışdır. İlk növbədə abadlaşdırılan ərazidə təmizləmə işləri görülmüş, yeni torpaq qatı salınmış, mineral gübrələr səpilmişdir. Rayonun florasının daha da zənginləşdirilməsi və gözəlləşdirilməsi məqsədi ilə yerli ağac növləri ilə yanaşı bir sıra dekorativ müxtəlif gül və ağac kolları da əkilmişdir.
   Bu aksiyaya çərçivəsində indiyədək 2000-ə qədər şam, sərv, liandra və digər növlərdən olan ağaclar əkilmiş, 3000 metr2 sahəyə ot örtüyü döşənmiş və ətraf ərazi abadlaşdırılmışdır.
   “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində rayonun digər qəsəbələrində, eləcə də Bakı-Ələt (Astara) magistral avtomobil yolu boyunca ağaclar əkiləcək.

Keçidlər