Şriftin ölçüsü :

Saytın rəngi :

Sahil qəsəbəsində sakinlərlə görüş

13 iyul 2012 | 10:00

Sahil qəsəbəsində Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı cənab Süleyman Mikayılovun növbəti səyyar görüşü keçirilmişdir. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak etmişlər.
Keçirilmiş səyyar qəbulda 300-ə yaxın sakindən 12 nəfər vətəndaş fərdi qaydada dinlənilmişdir.
Çıxış edən sakinlər ölkə rəhbərliyinə qəsəbələrinə göstərilən diqqət və qayğıya görə minnətdalıqlarını və dərin təşəkrrürlərini bildirmişlər.
Qəsəbə sakinləri ən çox narahat edən problemlərin qısa vaxtda həll edildiyi, hal-hazırda Respublika Prezidentinin imzaladığı "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində qəsəbə ərazisində görülən işlərin sürətlə qəsəbənin inkişafına təkan olduğundan, qəsəbənin inzibati ərazisində tikilən sənaye obyektlərinin qəsəbənin işsizlik probleminin aradan qaldırılmasında xüsusi rolunun olduğunu söylədilər. Sakinlər bir neçə gün əvvəl möhtərəm prezidentimiz cənab İlham Əliyevin qəsəbəyə gəlişindən, qəsəbənin abadlığı üçün verdiyi tapşırılardan məmnun qaldıqlarını bildirmişlər.
Səyyar qəbulda fərdi qaydada dinlənilmiş müraciətlər yerində araşdırılıb, rayon İcra hakimiyyəti başçısı tərəfindən aidiyyəti üzrə tapşırıqlar və vətəndaşlara qaldırdıqları məsələlərlə bağlı hüquqi izahatlar verilmişdir.

Keçidlər