“Bayraq günü” münasibəti ilə möhtəşəm flaşmob keçirildi.
07 noyabr 2014-cü il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən ulu öndər Heydər Əliyevin adını daşıyan parkda “Bayraq günü” münasibətilə yüzlərlə gəncin iştirakı ilə möhtəşəm flaşmob keçirildi.
Göy, qırmızı, yaşıl rəglərində geyimləri olan və əllərindəki şarlar ilə gənclərimiz müstəqilliyimizi təcəssüm etdirən üçrəngli Milli Bayrağımızı canlandırırdılar.
Rayon ictimaiyyəti tərəfindən də böyük rəğbətlə qarşılanan bu tədbir bir daha bayrağımıza, dövlətçiliyimizə, vətənimizə olan sevginin və qürurun bariz nümunəsidir.
Bundan başqa rayon ərazisində bütün qəsəbələrdə sakinlərə 12000-ə yaxın bayraq paylanıldı. Bayraqlar eyvanlarda asılaraq ölkəmizdə əsl bayram əhvalının sürdüyünün göstəricisidir.