"Yanğınların profilaktikasında və yanğın hadisələri zamanı əhaliyə düzgün davranış vərdişlərinin aşılanmasında yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının rolu" barədə rayon müşavirəsi keçirildi.
07 noyabr 2014-cü il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin akt zalında Qaradağ Rayon İcra Hakimiyyəti ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi birlikdə "Yanğınların profilaktikasında və yanğın hadisələri zamanı əhaliyə düzgün davranış vərdişlərinin aşılanmasında yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının rolu" mövzusunda rayon müşavirəsi keçirildi.
Müşavirədə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini birinci Emil Abbsov, Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev, Bakı Regional Mərkəzinin əməkdaşı mayor Elgün Ələkbərov, I Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin böyük mühəndisi mayor Rəfail Rüstəmov, Dövlət Yanğın Mühafizə Xidmətinin Qaradağ rayon Dövlət Yanğın Mühafizə Hissəsinin rəis müavini Mətləb İsmayılov və rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edirdilər.
İlk öncə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov keçirilən tədbirin əhəmiyyətindən danışaraq hər kəsin fövqəladə hallar zamanı davranış qaydalarını bilmələrinin olduqca vacib olduğunu vurğuladı.
Daha sonra çıxış edən Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev FHN-nin gördüyü işlərdən danışaraq keçirilən tədbirin məqsədi barədə məlumat verdi.
Sonra FHN-nin fəaliyyəti barədə videoçarx nümayiş olundu, “Yanğın baş vermə səbəbləri və yanğın zamanı hərəkət qaydaları”, “Yanğın təhlükəsizliyinin problemləri və həlli”, “Rayon ərazisində yanğın mühafizəsi problemləri və həlli yolları”, “Rayonda enerji təchizatının mövcud vəziyyəti, problemlər, və həlli yolları”, Rayonda qaz təsərrüfatının mövcud vəziyyəti, problemlər, və həlli yolları”, “Yaşayış binalarında yanğın təhlükəsizliyinin vəziyyəti” və “Yanğın zamanı ilkin tibbi yardım” mövzularında çıxışlar olundu.
Natiqlərin hər biri əhalinin yanğın təhlükəsizlik qaydalarına riayət etmək qaydalarına ciddi əməl etmələri, əhali arasında profilaktik və maarifləndirmə işlərinin gücləndirilməsi, yaşayış binalarının tüstü bacalarının təmizlənməsi, elektrik, qaz, istilik sistemlərində baş vermiş nasazlıqların aradan qaldırılması, qeyri-standart və nasaz qızdırıcı avandanlıqların istismardan çıxarılması kimi vacib məsələlərə toxunaraq bunların həlli istiqamətində əməli addımların atılmasını qeyd etdilər.
Tədbir zamanı yanğın baş verən zaman özünü necə aparmalı, yanğın hadisələrin baş vermə səbəbləri, eləcə də yanğınların söndürülməsi vaxtı görülən işlərdən bəhs edən videoçarxlar da nümayiş olundu.