Lökbatan qəsəbəsində səyyar görüş keçirildi.
24 oktyabr 2014-cü il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılovun Lökbatan qəsəbə sakinləri ilə növbəti səyyar görüşünü keçirdi.
Görüşdə rayonun rayon İcra Hakimiyyətinin məsul işçiləri, hüquq-mühafizə orqanları, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak edirdi.
Keçirilən səyyar qəbulda 280-ə yaxın qəsəbə sakini iştirak etdi.
Qəbula gələn qəsəbə sakinlərindən 16 nəfəri fərdi qaydada dinlənildi. Qəsəbə sakinləri qəsəbədə aparılan quruculuq işlərindən razılıqlarını və ölkə rəhbərinə öz dərin minnətdarlıqlarını bildirərək onları narahat edən problemlərdən danışdılar. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov müraciətlərdə qaldırılan problemlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlarını verdi.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov qəsəbə ərazisində görülən işlər barədə ətraflı məlumat verdi.
Belə ki, Azərbaycan Respublikası Prezidentinin imzaladığı "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın uğurlu icrası nəticəsində 7 saylı Bakı Peşə və 9 saylı Musiqi məktəbləri üçün yeni binanın tikintisi yekunlaşmış, “Sevinc”, “Bülbül” və Daşqın Bəkirov adına körpələr evi-uşaq bağçaları əsaslı təmir olunaraq istifadəyə verilmişdir. V.Əsədov adına uşaq bağçasında isə son tamamlama işləri gedir. Heydər Əliyev Fondu tərəfindən qəsəbədə yeni uşaq bağçasının tikintisə başlanılmışdır. Bundan başqa qəsəbədaxili yollara 31000 m2 sahəyə asfalt örtüyü vurulmuşdur. Qəsəbənin B.Niftəliyev, 28 May, M.Həsənov, İ.Nəbiyev küçələrində və digər ünvanlarında ümumilikdə 35 çoxmərtəbəli yaşayış binalarının məhəllədaxili su xətlərinin yenidən qurulmuş və 2500 p/m 110 mm-lik su xətti çəkilmişdir. VIII massivdə sel sularının qarşısının alınması məqsədilə uzunluğu 870 p/m olan kanal açılmışdır.
Daha sonra sakinlərə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən yaxın vaxtlarda görüləcək işlər barəsində danışdı.