Şriftin ölçüsü :

Saytın rəngi :

“18 oktyabr Azərbaycanın dövlət müstəqilliyi günüdür” mövzusunda elmi-praktik konfrans keçirildi.

17 oktyabr 2014 | 10:00

17 oktyabr 2014-cü il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində “18 oktyabr Azərbaycanın dövlət müstəqilliyi günüdür” mövzusunda elmi-praktik konfrans keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, YAP Qaradağ Rayon Təşkilatının sədri Aydın Hüseynov, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmləri doktoru, professor Elman Nəsirov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının professoru, tarix elmləri doktoru Namiq Axundov, Azərbaycan Dillər Universitetinin Sosial elmlər kafedrasının dosenti, tarix elmləri üzrə fəlsəfə doktoru Qorxmaz Mustafayev və digər qonaqlar iştirak edirdilər.
İlk öncə tədbirdə iştirak edən qonaqlar ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin abidəsini ziyarət edərək abidə önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirdilər.
Giriş nitqi ilə tədbiri açıq elan edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova 1991-ci ildə yaranmış tarixi şəraitin nəticəsi olaraq Azərbaycan Parlamenti avqustun 30-da müstəqillik bəyannaməsini, oktyabrın 18-də isə müstəqillik haqqında Konstitusiya aktını qəbul etdiyini bildirdi. Lakin o zaman ölkənin daxilində və xaricində vəziyyətin heç də ürəkaçan olmadığını, ölkənin iqtisadi və siyasi durumu çox acınacaqlı, ərazilərimizin Ermənistan tərəfindən işğal olunaraq, çoxsaylı qaçqın və məcburi köçkünlər ordusunun yarandığını qeyd etdi. Ölkədə mürəkkəb proseslərin cərəyan etdiyini, vətəndaş müharibəsinin baş verdiyini, bunun məntiqi nəticəsi kimi Müstəqilliyimiz böyük sual altında düşdüyünü vurğuladı. Bu baxımdan müstəqilliyimizin tarixində 1993-cü ilin müstəsna əhəmiyyətə malik olduğunu fikirlərini səsləndirdi. O zamankı mürəkkəb durumu təhlil edən ziyalılarımızın ümummilli lider Heydər Əliyevə üz tutaraq, xalqımız isə çox müdrik və tarixi bir seçim edərək ulu öndəri ölkənin Prezidenti seçdiyini və bununla da xoş, firəvan günlərin təməlinin qoyulduğu söylədi.
Daha sonra çıxış edən qonaqlar xalqımızın hər zaman tarix boyu mübariz, azadlıq uğrunda fədakarcasına vuruşduğunu bildirdilər. Qeyd etdilər ki, 1991-ci ilin 18 oktyabr tarixinində əzmkarlıq bahasına başa gəlmişdir. Qazanılan bu uğurun həm daxili, həm də xarici düşmənlərin hesabına itirilmək təhlükəsində olduğuna baxmayaraq, xalqımızın ümummillli lideri Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı müstəqilliyimizə yeni nəfəs verdi. Heydər Əliyev əvvəlcə vətəndaş müharibəsinin qarşısını aldı, Ermənistanla atəşkəsə nail oldu və Azərbaycanda inkişafın təməli qoyuldu. Azərbaycan ordusu yenidən təşkil edildi, nizam-intizam gücləndirildi. Mühüm siyasi və iqtisadi islahatlara başlanıldı. Ulu öndər Heydər Əliyevin Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə yönəlmiş müdrik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan gündən-günə daha da güclənir, qüdrətlənir. Son illərdə Azərbaycanın iqtisadiyyatında, hərbi quruculuğunda, elm, mədəniyyət, səhiyyə, təhsil, idman, insanların sosial müdafiəsi sahələrində böyük uğurlar əldə edilib.

Keçidlər