Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev və Milli dövlətçiliyin əsasları”mövzusunda dəyirmi masa keçirilmişdir

13 iyul 2012 | 10:00

Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin ilk dəfə Azərbaycana rəhbər seçilməsinin 43-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Milli dövlətçiliyin əsasları”mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Milli Məclisin depupatı Aydın Mirzəzadə və Mixail Zabelin, Şura üzvləri və digər qonaqlar iştirak etmişlər.
Tədbirdən öncə tədbir iştirakçıları Heydər Əliyev adına parkda Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edərək, abidənin önünə tər gül çiçək dəstələri qoymuşlar.
Daha sonra qonaqlar Heydər Əliyev Mərkəzində ulu öndərin muzеyi ilə tanış olmuşlar.
Tədbirdə giriş sözü ilə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov çıxış edərək ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərliyinin birinci dövrünün Sovetlər İttifaqının hegemonluğu dövrünə təsadüf etməsinə baxmayaraq dövlətin və xalqın inkişafı naminə misilsiz xidmətlər göstərdiyini vurğulamışdır. Onun qabiliyyəti sayəsində digər ittifaq respublikalarından bütün sahələrdə geridə qalan Azərbaycanın, aqrar ölkədən inkişaf etmiş sənaye və kənd təsərrüfatı ölkəsinə çevrildiyini, həmin dövrdə günü-gündən iqtisadi göstəricilərin artdığını, nəhəng sənaye obyektlərin tikildiyini, geniş yaşayış sahələrinin salındığını, çoxlu sayda mədəniyyət, istirahət və idman meydançalarının inşa edildiyini qeyd etmişdir. Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxış edərək ulu öndər Heydər Əliyevin yüksək idarəetmə bacarığının, yorulmaz işgüzarlığının, zəngin təcrübəsinin və intellektual səviyyəsinin keçdiyi zəngin həyat yolunun, təkrarsız dövlətçilik ənənələrinin bir məktəb olaraq daim yaşayacağını və gələcək nəsillərə örnək olacağını bildirmişdir.
Daha sonra tədbir iştirakçıları çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycana uzunmüddətli rəhbərliyinin ən bariz göstəricisinin isə azərbaycançılıq ideyalarının formalaşması, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularının və hisslərinin güclənməsi, real siyasi amilə çevrilməsi kimi qiymətləndirmişlər. Bu gün də Azərbaycanın həm iqtisadi, həm də siyasi cəhətdən çox sürətlə inkişaf etməsinin möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlarını bəhrəsi olduğu qeyd olunmuşdur.

Keçidlər