Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Fondu tərəfindən daha bir xeyriyyə aksiyası keçirildi.

12 oktyabr 2014 | 10:00

12 oktyabr 2014-cü il tarixində Heydər Əliyev Fondu tərəfindən valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrin uşaqları üçün sünnət xeyriyyə aksiyası keçirildi.
İlk olaraq balacaları salamlayan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov balacaları təbrik etdi. Qeyd etdi ki, uşaqlara hər zaman qayğı ilə yanaşan ümummilli lider Heydər Əliyev onların problemlərini daim önə çəkib.  Bu gün də Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva  ümummilli liderin qoyduğu ənənələri uğurla davam etdirir.
Aksiyada iştirak edən uşaqlar və eləcə də ailələr bu nəcib addımı sevinc hissi ilə qarşıladılar. Valideynlər onlara göstərilən diqqət və qayğıya görə Heydər Əliyev Fonduna öz minnətdarlıqlarını bildirdilər.
Tədbir Qaradağ rayonunun Lökbatan və Sahil qəsəbələrində yerləşən 19 və 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanalarında baş tutdu. Sünnət aksiyasına 10-a yaxın cərrah və tibb bacısı cəlb edildi. Uşaqlar ilkin olaraq yoxlamadan keçirilib, daha sonra əməliyyat otağına aparılıblar. Əməliyyat 1-10 yaş arasında olan uşaqlar üzərində aparılıb. Aksiyada 120 uşaq sünnət olundu.
Daha sonra sünnət olunan uşaqların hər birinə Heydər Əliyev Fondu tərəfindən hədiyyələr təqdim olundu.
Uşaqlar tam sağalana qədər həkimlər tərəfindən nəzarət altında saxlanacaq.

Keçidlər