Əsgərlərimiz Heydər Əliyev Mərkəzində
04 oktyabr 2014-cü il tarixində Qaradağ rayonu ərazisində yerləşən “N” saylı hərbi hissənin zabit və əsgər heyəti Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində oldular.
Mərkəzdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan bölmələrdə ulu öndərin uşaqlıq və gənclik dövrlərini əks etdirən fotoşəkillər, 1969-1982-ci illərdə respublikamızın sosial-iqtisadi inkişafı və digər sahələrdə reallaşdırdığı tədbirlər, 1993-cü ildə xalqımızın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatındakı quruculuq işlərindən bəhs edən toplanmış materiallar əsgərlərimizin diqqətinə çatdırıldı.
Burada Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən foto və eksponatlardan bir daha aydın olur ki, ulu öndər ölkəmizin beynəlxalq nüfuzunun, müstəqilliyinin möhkəmləndirilməsi üçün əvəzsiz işlər görmüşdür.
Sonda xatirə şəkli çəkildi.