Müqəddəs Qurban Bayramı Qaradağ rayonunda geniş qeyd olunur.
İslam aləminin xeyirxahlıq, qardaşlıq və yardımlaşma kimi gözəl hisslərini təqdim edən ən əziz bayramlardan biri Müqəddəs Qurban bayramı Qaradağ rayonu ərazisində geniş qeyd olunur.
Bayram münasibəti ilə Qaradağ rayonu , Lökbatan qəsəbəsi, Meyvəli adlanan ərazisində və Sahil qəsəbəsində İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən qurbanlıq qoyunların satış yarmakası təşkil edilir.
Bundan əlavə rayonun 11 qəsəbəsində qurbanlar kəsilmiş, 12000-ə yaxın nəfər aztəminatlı ailəyə qurban payı və ərzaq yardımı verildi. Bundan başqa Milli Məclisin deputatı Ağalar Vəliyev tərəfindən də 2500 nəfərə yaxın ailəyədə qurban payları paylandı.
Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən bu tədbirdə sağlamlıq imkanları məhdud şəxslərin, əlil, veteran və digər bu qəbildən olan ailələrin evlərinə baş çəkildi, onlara bayram sovqatı verilərək problemləri ilə maraqlanıldı.
Göstərilən yardımı böyük sevinclə qarşılayan hər bir ailə Müqəddəs bayramların ölkə ərazisində yüksək səviyyədə keçirilməsinə və onlara yetirilən hərtərəfli diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə böyük minnətdarlıqlarını bildirdilər.