Şriftin ölçüsü :

Saytın rəngi :

2012-ci ilin birinci yarısının yekunları müzakirə olunmuşdur

18 iyul 2012 | 10:00

Qaradağ Rayon İcra Hakimiyyətinin 2012-ci ilin birinci yarısında rayonun sosial-iqtisadi inkişafının yekunlarına və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 11 iyul 2012-ci il tarixli iclasındakı nitqindən irəli gələn vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilmişdir.
Hesabat yığıncağından öncə Milli Məclisin Deputatı cənab Ağalar Vəliyev, rayon İcra hakimiyyəti başçısının yanında Şuranın üzvləri Heydər Əliyev prkında Ümumilli liderin abidəsini ziyarət etmiş, ulu öndərin əziz xatirəsini yad edərək abidə önünə tər gül çiçək dəstələri qoymuşlar.
Hesabat yığıncağına Azərbaycan Respublikası Milli Məclisin Deputatı cənab Ağalar Vəliyev, rayon İcra hakimiyyəti başçısının yanında Şuranın üzvləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, müəssisə rəhbərləri və rayon ictimaiyyətinin 220 nəfər nümayəndəsi iştirak etmişdir.
Yığıncaqdan əvvəl rayon rəhbərliyi, qonaqlar və ictimaiyyətin nümayəndələri tərəfindən Heydər Əliyev Mərkəzində ulu öndərin abidəsinin önünə tər gül dəstələri qoyulmuşdur.
Yığıncağın gündəlikdəki məsələsi “Qaradağ Rayon İcra Hakimiyyətinin 2012-ci ilin birinci yarısında rayonun sosial-iqtisadi inkişafının yekunları üzrə hesabatı və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 11 iyul 2012-ci il tarixli iclasındakı nitqindən irəli gələn vəzifələr barədə” rayon İcra hakimiyyətinin başçısının müavini cənab Mahmud Qubatovun məruzəsi dinlənilmişdir.
Hesabat məruzəsindən sonra Milli Məclisin Deputatı cənab Ağalar Vəliyev çıxış edərək respublikanın əldə etdiyi uğurlardan, ölkə rəhbərinin uğurlu daxili və xarici siyasətindən danışmışdır.
Gündəlikdəki məsələ üzrə “Holcim-Azərbaycan” ASC-nin nümayəndəsi Rəna Tahirova, 253 saylı orta məktəbin direktoru Rafiq Şahverdiyev və Qobustan Mədəniyyət evinin müdiri Gülarə Bayramova çıxış etmişlər.
Hesabat məruzəsi ətrafında çıxışlar bitdikdən sonra yığıncaq iştirakçılarının rayonun sosial-iqtisadi inkişafının və infrastrukturunun cari vəziyyəti ilə bağlı sualları, rəyləri və təklifləri dinlənilmişdir.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov yekun nitqi ilə çıxış edərək ölkəmizin qısa zaman kəsiyində dünyanın nüfuzlu dövlətlərindən birinə çevrildiyini, beynəlxalq nüfuzu durmadan artmasını, ölkənin iqtisadi qüdrətinin davamlı şəkildə yüksəldiyini, respublikamızın bütün rayon və regionlarının ümumi tərəqqi prosesində xüsusi çəkisinin artan xətt üzrə inkişaf etməsini bildirmiş, yığıncaq iştirakçılarına yaxın vaxtlarda rayonda görüləcək işlər barədə ətraflı məlumat vermişdir.
Gündəlikdəki məsələyə dair Qaradağ Rayon İcra Hakimiyyətinin hesabat yığıncağının qərar layihəsi təklif olunmuş, hesabat yığıncağının iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilmişdir.

Keçidlər