Şriftin ölçüsü :

Saytın rəngi :

Yüksək nəticə göstərən məzunlar mükafatlandırıldı.

27 sentyabr 2014 | 10:00

27 sentyabr 2014-cü il tarixində Qaradağ Rayon İcra Hakimiyyətində 2013-2014-cü tədris ilində ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış məzunların mükafatlandırma mərasimi keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı Ağalar Vəliyev, məktəb direktorları, ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış 21 nəfər məzun iştirak edirdi.
Giriş nitqi ilə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov Azərbaycan xalqının Ümummilli Lideri, Heydər Əliyevin respublikada təhsilin inkişafına, Azərbaycan məktəbinə, müəllimlərə həmişə böyük diqqət və qayğı ilə yanaşdığını, bu işi dövlət siyasətinin mühüm bir sahəsi hesab etdiyini vurğuladı. Bildirdi ki, bu gün Prezident İlham Əliyev tərəfindən bu sahəyə verilən xüsusi qiymətin nəticəsi kimi hər tədris ilində təhsil ocaqları yenilənir. Bundan başqa “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın qəbul edilməsini gənclərimizin dünyanın ən qabaqcıl ali məktəblərində təhsil almaq imkanını qazandırdığını və gəncliyimizə, gələcəyimizə verilən yüksək dəyərin nümunəsidir. Eləcə də Heydər Əliyev Fondunun bu sahədə gördüyü işlər misilsizdir. Hər il rayon üzrə ali məktəblərə qəbul olan, 600-dən çox bal toplamış, tələbə adını qazanan məzunların sayının artmasını dövlətimiz tərəfindən təhsilə göstərilən diqqətin nəticəsidir.
Milli Məclisin deputatı Ağalar Vəliyev öz nitqində təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün də uğurla davam etdirilən təhsil strategiyası barədə danışdı.
Daha sonra çıxış edən yeni tələbə adını qazanmış məzunlar, direktorlar göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirdilər.
Tədbirdə ötən tədris ilində Qaradağ rayonu üzrə orta məktəbi 1180 nəfərin bitirdiyini, ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edən 904 abituriyentin 56 faizi, yəni 506 nəfəri tələbə adını qazandığı nəzərə çatdırıldı.
Tədbirin sonunda ali məktəblərə 600-dən çox bal toplamış 21 nəfərə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov və Milli Məclisin deputatı Ağalar Vəliyev tərəfindən qiymətli hədiyyələr və pul mükafatı təqdim olundu.

Keçidlər