Ələt qəsəbəsində səyyar görüş keçirildi.
26 sentyabr 2014-cü il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov Ələt qəsəbə sakinləri ilə növbəti səyyar görüşünü keçirdi.
Görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak edirdilər.
Keçirilmiş səyyar qəbulda 200-ə yaxın qəsəbə sakinləri iştirak edirdi.
Qəbula gələn qəsəbə sakinlərindən 15 nəfəri fərdi qaydada dinlənildi. Qəsəbə sakinləri qəsəbədə aparılan quruculuq işlərindən razılıqlarını və ölkə rəhbərinə öz dərin minnətdarlıqlarını bildirərək onları narahat edən problemlərdən danışdılar. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov müraciətlərdə qaldırılan problemlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlarını verdi.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov qəsəbə ərazisində görülən işlər barədə ətraflı məlumat verdi. Qəsəbə ərazisində müxtəlif diametrli 1300 metrlik su xətti yenisi ilə əvəz olunub və Şıxlar yaşayış massinə 450 p/metr uzunluğunda yeni su xətti çəkilib, qəsəbə ərazisində 400-ə yaxın müxtəlif ağac və kollar əkilmişdir. Hal-hazırda 3-cü və 4-cü massivlərdə yeni qaz xətti çəkilişi işləri və mini futbol meydançasının və idman zalının tikintisi davam etdirilir. Qəsəbə ərazisində yanğından mühafizə bölməsinin tikinti işləri yekunlaşmış son tamamlama işləri davam etdirilir. K.Məmmədov küçəsində yerləşən 2, 15, 16 saylı beş mərtəbəli yaşayış binaların dam örtüyü təmir olunmuşdur. Daha sonra sakinlərə Azərbaycan Respublikası Prezidentinin imzaladığı "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən yaxın vaxtlarda görüləcək işlər barəsində danışdı.