22 iyul – Milli Mətbuat günü
22 iyul – Milli Mətbuat günü münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətinin akt zalında tədbir keçirilmişdir.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın məsul işçiləri, Azərbaycan, Xalq, Respublika, Səs, İki, Sahil, Yeni Azərbaycan, Olaylar qəzetlərinin, AzərTac informasiya agentliyinin və Aztv, Yurd, Lider, İctimai Kanal, Space, ATV, Xəzər, ANS televiziyaların əməkdaşları iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev Milli mətbuatımızın yaranmasından 137 il ötdüyü bildirirək bütün mətbuat nümayəndələrini ürəkdən təbrik etmişdir. Ulu öndər Heydər Əliyevin siyasi iradəsi və səyləri nəticəsində mətbuata, söz azadlığına qoyulan bütün süni maneələrin aradan qaldırılaraq, kütləvi informasiya vasitələrinin işini tənzimləyən, beynəlxalq standardlara uyğun qanunvericilik bazasının təkmilləşdirilərək KİV haqqında Qanunun təsdiq olunmasını vurğulamışdır. Bu gün də Hörmətli Prezidentimiz İlham Əliyevin diqqəti və qayğısı sayəsində mətbuatın maddi-texniki bazası gücləndirildiyini, mətbuatda çalışan insanların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirildiyini qeyd etmişdir.
Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyəti adından KİV nümayəndələrinə hədiyyələr təqdim olunmuşdur.