Şriftin ölçüsü :

Saytın rəngi :

“Biz sülhə səs veririk” mövzusunda dəyirmi masa keçirildi.

19 sentyabr 2014 | 10:00

19 sentyabr 2014-cü il tarixdə Qaradağ rayon, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində “21 sentyabr-Beynəlxalq sülh günü” münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətinin dəstəyi və Heydər Əliyev Mərkəzi, 7 nömrəi Bakı Peşə liseyi və Qaradağ rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Biz sülhə səs veririk” mövzusunda dəyirmi masa keçirildi.
Tədbiri giriş sözü ilə açan 7 nömrəli Bakı Peşə liseyinin direktoru Hicrət Qaradağlı Beynəlxalq sülh gününün yaranma tarixindən danışaraq, onun məqsəd və vəzifələrini dəyimi masa iştirakçılarının nəzərinə çatdırdı.
Digər çıxış edənlər Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, Heydər Əliyev Mərkəzinin direktoru Hicran Xəlilova Beynəlxalq sülhün qorunmasında gənclərin rolundan, cəmiyyətin və dövlətin inkişaf etdirilməsi üçün sülhün vacib amillərdən biri olduğunu bildirdilər.
Dəyirmi masa iştirakçıları olan gənclər onları maraqlandıran suallarla ekspertlərə müraciət etdi və bu barədə ətraflı məlumat aldılar.

Keçidlər