Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunun bütün ümumtəhsil ocaqlarında “Bilik günü” böyük təntənə ilə qeyd olundu.

15 sentyabr 2014 | 10:00

“Bilik günü” münasibəti ilə Qaradağ rayonu ərazisində yerləşən bütün təhsil ocaqlarında tədbirlər keçirildi.
          Rayon rəhbərliyinin yaxından iştirak etdiyi tədbirdə məktəb müəllimlərinin, şagird heyətinin, valideynlər və birincilərin sevinci hədsiz idi.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
Tədbirdə çıxış edənlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təhsilin inkişafına, müəllimlərə həmişə böyük diqqət və qayğı ilə yanaşdığını, bu işi dövlət siyasətinin mühüm bir sahəsi hesab etdiyini bildirdilər. Məhz bu gündə təhsil sahəsini möhtərəm Prezidentimiz İlham Əliyevin qayğı ilə yanaşdığı sahələrdən biri kimi qeyd edildi. Bildirildi ki, təhsil müəssisələrində çalışan işçilərin əmək haqlarının və tələbələrin təqaüdlərinin artırılması haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamları, habelə, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icrası və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın “Yeniləşən Azərbaycana yeni məktəb Proqramı” və digər bu kimi tədbirlər  dövlətimizin təhsil sahəsinə göstərdiyini diqqətin bariz nümunəsidir. Ölkəmizin hər bir yerində müasir standartlara cavab verən ümumtəhsil ocaqlarının tikildiyini, bu isə öz növbəsində gənc nəslin savadlı və sağlam əqidəli yetişməsinə xidmət edir. Bu il məktəbə ilk dəfə qədəm qoyan birincilərə uğurlar diləyərək hər birinin gələcəkdə dövlətimiz və cəmiyyətimiz üçün savadlı və yararlı vətəndaş olaraq yetişmələrini arzulandı.
            “İlk zəng”in səslənməsi ilə yeni dərs ilinə başlanıldı.
             Qeyd etmək lazımdır ki, hər il olduğu kimi bu il də Qaradağ rayonunda bəzi təhsil ocaqları yeniləndi. Belə ki,  “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” uğurlu icrası nəticəsində  Lökbatan qəsəbəsində 7 saylı peşə məktəbinin sökülərək yenidən quruldu, Müşfiqabad qəsəbəsində 274 və Ümid qəsəbəsində 294 nömrəli orta məktəbləri üçün 20 əlavə sinif otaqları tikilərək istifadəyə verildi.
  Bundan başqa Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni tədris ili ərəfəsində rayonumuzun imkansız, maddi durumu ağır olan ailələrinin orta ümumtəhsil məktəblərində təhsil alacaq 200 nəfər məktəbliyə yeni məktəbli formaları, çantalar və məktəb ləvazimatları, eləcə də 200 nəfər birincilərə də rayon İcra hakimiyyəti tərəfindən çantalar və məktəbli ləvazimatları təqdim olunub.

Keçidlər