Şriftin ölçüsü :

Saytın rəngi :

23 avqust - Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı günü qeyd edildi.

23 avqust 2014 | 10:00

23 avqust 2014-cü il tarixində Qaradağ rayonu ərazisində yerləşən Xüsusi Dövlət Mühafizə Xidmətinin regional şöbəsində Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramına həsr olunmuş tədbir keçirildi.
Tədbiri giriş nitqi ilə açan regional şöbənin rəisi mayor İlqar Mirzəyev onlara hər zaman göstərilən diqqət və qayğıya görə Ölkə rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdi. Xüsusi Dövlət Mühafizə Xidmətinin yaranma tarixi haqqında qısa məlumat verdi. Hər zaman dövlətçiliyimizin qorunmasında, dövlətə, xalqa, Prezidentə sadiq, layiqli və qüsursuz xidmət edəcəklərini bildirdi.
Daha sonra çıxış Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Elnur Qurbanov ilk öncə bütün şəxsi heyəti Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikaıyılovun adından səmimi qəlbdən təbrik etdi. Qeyd etdi ki, son zamanlarda Xüsusi Dövlət Mühafizə Xidmətinin inkişafı və maddi-texniki bazasının gücləndirilməsi, əməkdaşlarının peşəkarlığının artırılması istiqamətində mühüm işlər görülmüşdür. Xidmətin ayrılmaz hissəsi olan Milli Qvardiya müasir standartlara uyğun olaraq yenidən qurulmuş, şəxsi heyətin hərbi-döyüş qabiliyyəti artırılmış, mənəvi-psixoloji hazırlığı və nizam-intizam yüksək səviyyədə təşkil edilmişdir. Ölkəmizdə irimiqyaslı regional enerji layihələrinin həyata keçirilməsi və bu enerji layihələrin təhlükəsizliyinin təmin edilməsi zərurəti ilə əlaqədar ümummilli liderimiz Heydər Əliyev tərəfindən ixrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyinin yüksək səviyyədə təşkil və təmin edilməsi məhz Xüsusi Dövlət Mühafizə Xidmətinə tapşırılmış və səlahiyyətləri əhəmiyyətli dərəcədə genişləndirilmişdir.
Tədbirin sonunda nümunəvi xidmətinə görə seçilən bir neçə hərbi qulluqçu rayon İcra hakimiyyəti tərəfindən fəxri fərman və qiymətli hədiyyələr ilə təltif olundular bundan başqa regional şöbəyə soyuducu hədiyyə olaraq təqdim edildi.

Keçidlər