Korgöz qəsəbəsində səyyar görüş keçirildi.
22 avqust 2014-cü il tarixində Korgöz qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirildi.
Görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak edirdilər. Keçirilmiş səyyar qəbulda 100-ə yaxın qəsəbə sakinləri iştirak edirdi.
Qəbula gələn qəsəbə sakinlərindən 6 nəfəri fərdi qaydada dinlənildi. Qəsəbə sakinləri qəsəbədə aparılan quruculuq işlərindən razılıqlarını və ölkə rəhbərinə öz dərin minnətdarlıqlarını bildirərək onları narahat edən problemlərdən danışdılar. Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini cənab Elnur Qurbanov müraciətlərdə qaldırılan problemlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlarını verdi.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini cənab Elnur Qurbanov qəsəbə ərazisində görülən işlər barədə ətraflı məlumat verdi. Qəsəbə ərazisində MİO yaşayış massivinin sakinləri içməli su ilə təchiz olunmuş, hal-hazırda qəsəbənin AZNS yaşayış massivində bu istiqamətdə işlər davam edir. Qəsəbə daxili yollara 155 maşın çınqıl, 76 maşın piltə qırıntısı, 128 maşın karbonat yayılmışdır. Daha sonra sakinlərə Respublika Prezidentinin imzaladığı "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən yaxın vaxtlarda görüləcək işlər barəsində danışdı.