“Rusiya soydaşlarının Azərbaycandakı hüquqi mövqeləri – problemləri və perspektivləri” mövzusunda dəyirmi masa keçirildi.
07 avqust 2014-cü il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Qaradağ Rayon İcra Hakimiyyəti, Xaricdə yaşayan həmvətənlərin hüquqlarının müdafiəsi fondu, Rusiya Federasiyanın Azərbaycan Respublikasındakı səfirliyi və Azərbaycanın Rus icmasının təşkilatçılığı ilə “Rusiya soydaşlarının Azərbaycandakı hüquqi mövqeləri – problemləri və perspektivləri” mövzusunda dəyirmi masa keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev, Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin sektor müduri Fuad Axundov, Rusiya Federasiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin, Xaricdə yaşayan həmvətənlərin hüquqlarının müdafiəsi fondunun icraçı direktoru İqor Panyevkin, Azərbaycan Rus icmasının sədri, Milli Məclisin üzvü Mixail Zabelin, Azərbaycan Yeparxiyasının arxiyepiskopu Vladika Aleksandr, «Rossotrudniçestvo» cəmiyyətinin Azərbaycandakı nümayəndəliyinin sədri Valentin Denisov, «Sodrujestvo» cəmiyyətinin sədri Tatyana Kərimova, «Tuqan tel» Tatar Mədəniyyəti cəmiyyətinin sədri Gülcan Məsutova, Azərbaycan Kazak Həmyerlilər birliyinin sədri Viktor Merejkin, «Samur» Ləzgi Milli Mərkəzinin sədri Şair Həsənov və digər qonaqlar iştirak edirdilər.
İlk öncə tədbir iştirakçıları Lökbatan qəsəbəsində ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin abidəsini ziyarət edərək abidə önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirdilər.
Qonaqların Heydər Əliyev Mərkəzinə baxış zamanı ulu öndər Heydər Əliyevin zəngin həyatı ilə yaxından tanış oldular.
Tədbiri giriş nitqi ilə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Azərbaycanımızın qədim tarixə, zəngin mədəni irsə və əsrarəngiz təbiətə malik olan diyar olduğunu bildirdi. Qeyd etdi ki, burada yaşayan xalqlar bir-birlərinə o qədər yaxın olmuşlar ki, onlar arasında heç bir ayrıseçkilik müşahidə olunmamış əksinə qarşılıqlı hörmət, ehtiram və səmimi münasibətlər mövcud olmuşdur. Azərbaycan müstəqillik əldə etdikdən sonra milli azlıq və etnik qrupların hərtərəfli inkişafı üçün dövlət tərəfindən zəmin yaradılmışdır. Ümummilli lider Heydər Əliyev həmişə ölkə ərazisində yaşayan azsaylı xalqlara hörmətlə yanaşmış, onların bütün sahələrdə azad fəaliyyəti üçün dövlət səviyyəsində şərait yaratmışdır. Ulu öndər çıxışlarının birində demişdir: “Azərbaycanın varı, dövləti təkcə onun pambığı, yeraltı, yerüstü sərvətləri deyil, onun ərazisində yaşayan xalqlardır”. Bu siyasət bu gün də cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qaradağ rayonunda yaşayan slavyanəsilli xalqları içərisində ruslar əksəriyyət təşkil edir və yerli əhali ilə mehriban yaşayırlar. Neçə illərdiki rayon ərazisində yaşayan provaslav xristianların Müqəddəs Pasxa bayramı yüksək səviyyədə qeyd edilir. Rayonumuzun bütün ictimai-siyasi həyatında baş verən hadisələrdə ruslar çox fəal iradə nümayiş etdirir, milli və dini bayramlarımızın təşkilində və keçirilməsində də Rus icması yaxından iştirak edir.
Azərbaycan Respublikasının millətlərarası, multikultiralizm və dini mələlələr üzrə Dövlət müşaviri Kamal Abdullayev əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan millətlərarası münasibətlərindən bəhs edib, ölkəmizdə tolerantlıq, multikultiralizm ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətindən danışdı. Möhtərəm Prezidentimizin bölgələrə səfərləri zamanı orada yaşayan slavyanəsilli xalqların problemləri ilə yaxından maraqlandığını diqqətə çatdırdı.
Öz növbəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müduri Fuad Axundov ölkənin milli siyasəti ulu öndər Heydər Əliyev tərəfindən müxtəlif millət, etnik qrup və dini azlıqların birgə yanaşı yaşaması və dözümlülük prinsipləri əsasında müəyyənləşdirildiyini söylədi. Bildirdi ki, Azərbaycan xalqının bütün tarixi ərzində bir dəfə də olsun dini və etnik ədavət, sayından asılı olmayaraq, etnik azlıqlara münasibətdə ayrı-seçkilik faktları qeydə alınmayıb. İlk növbədə, ona görə ki, Azərbaycan dövləti onların hər birinə eyni dərəcədə qayğı göstərir.
Rusiya Federasiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin Azərbaycan-Rusiya əlaqələrinin tamamilə yeni mərhələyə qədəm qoyduğunu bildirdi. Buna sübut kimi isə dövlət başçıları arasında artıq ənənə şəklini almış yüksək səviyyədə keçirilən görüşləri göstərdi. Bundan başqa burada yaşayaş xalqlar kimi rusların da heç bir ciddi problemlər yaşamadığını diqqətə çatdırdı.
Azərbaycan Rus icmasının sədri, Milli Məclisin üzvü Mixail Zabelin Azərbaycan insanının bir-birinə münasibəti kimin hansı millətə və yaxud dinə mənsub olmasında deyil, səmimi və təmiz olması ilə seçildiyini vurğuladı.
Tədbirdə çıxış edən digər qonaqlarda Azərbaycanı sosial tolerantlığın yüksək səviyyədə olduğu bir ölkə olduğu fikrini səsləndirdilər. Ölkədə milli azlıqların öz milli-mədəni dəyərlərini qorumaq üçün bütün şərait yaradıldığını, rus dilində təhsil ocaqlarının, mədəniyyət evlərinin, mətbuat orqanlarının, televiziya verilişlərinin olması dövlət tərəfindən daim dəstəklənməsi və bu sahədə görülən işlərin genişlənməsi hər birimizi öz vətənimizdəki kimi hiss etdirir. Azsaylı xalqlar eləcə də dini icmalar üçün yaradılan bərabər imkanlara görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.