Şriftin ölçüsü :

Saytın rəngi :

Ukraynalıların Ümümdünya Koordinasiya Radasının Sədri cənab Mixail Ratuşnıy Qaradağ rayonuna səfər etmişdir

25 iyul 2012 | 10:00

Ukraynalıların Ümümdünya Koordinasiya Radasının Sədri cənab Mixail Ratuşnıy Qaradağ rayonuna səfər etmişdir.
Mixail Ratuşniy öz heyyəti ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev adına parkda Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edərək, abidənin önünə tər gül çiçək dəstələri qoymuşlar.
Daha sonra qonaqlar Heydər Əliyev Mərkəzi ilə yaxından tanş olmuş, Mərkəzdə ulu öndərin muzeyi ilə tanış olmuşlar.
Mərkəzin qonaqlar üçün xatirə kitabında Ukraynalıların Ümümdünya Korrdinasiya Radasının Sədri cənab Mixail Ratuşnıy öz ürək sözlərinə yazmışdır.
Qonaqlar Mərkəzdə rayon rəhbərliyi ilə ətraflı söhbət aparmış, qarşılıqlı əməkdaşlığı müzakirə etmişlər.
Tədbirdə giriş sözü ilə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini cənab Zəfər Əliyev çıxış edərək ümummilli lider Heydər Əliyevin dövlətin və xalqın inkişafı naminə misilsiz xidmətlər göstərdiyini vurğulamışdır. Bu gün də Azərbaycanın həm iqtisadi, həm də siyasi cəhətdən çox sürətlə inkişaf etməsinin möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlarını bəhrəsi olduğu qeyd olunmuşdur.
Bakı şəhərinin Qaradağ rayonu və Kiyev vilayətinin İrpen şəhəri arasında qardaşlıq əlaqələri haqqında anlaşma əsasən Bakı şəhərinin Qaradağ Rayon İcra Hakimiyyəti ilə Kiyev vilayətinin İrpen Şəhər Administrasiyası arasında əməkdaşlıq haqqında 27 iyul 2003-cü il tarixində “Niyyət Protokolu” imzalandığını qeyd etmişdir. Yaranmış xeyirxah əlaqələrin təzahürü olaraq Qaradağ rayonunun Lökbatan qəsəbəsində Lesya Ukrainka adına park salınmış, həmin parkda 2004-cü ildə şairənin büstü qoyulduğunu, bunun qarşılığında Kiyev vilayətinin İrpen şəhərinin bir küçəsinə Azərbaycanın görkəmli elm xadimi, akademik Zərifə xanım Əliyevanın adı verildiyini, həmin küçədə onun adına parkın salındığını və büstünün qoyulduğunu vurğulamışdır.
Bu günə qədər əməkdaşlığımızın davam etdirilməsini bildirən Z.Əliyev, Azərbaycan xalqı ilə Ukrayna xalqı arasındakı qardaşlığın və dostluğun dərin tarixi kökləri olduğunu bildirmiş, bu gün bu münasibətlər xoş məcrada davam etməsindən və gələcək nəsillərə ötürülməsindən bəhs etmişdir.
Daha sonra qonaqlar Lökbatan qəsəbəsindəki Lesya Ukrainka adına parkda olmuş, Ukraynanın xalq şairəsinin büstü önünə tər gül dəstələri qoymuşlar.

Keçidlər