Şriftin ölçüsü :

Saytın rəngi :

“Qaradağ rayon gənclərinin liderlik bacarıqlarının və könüllülük fəaliyyətinin inkişaf etdirilməsi” layihəsinə start verildi.

04 iyul 2014 | 10:00

03 iyul 2014-cü il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Qaradağ Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Qaradağ rayon gənclərinin liderlik bacarıqlarının və könüllülük fəaliyyətinin inkişaf etdirilməsi” layihəsiylə bağlı tədbir keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-Siyasi məsələlər şöbəsinin sektor müdiri Vüsal Quliyev, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə, Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, Gənc Diplomatlar Birliyinin sədri Eltun İbrahimov, Türkdilli Gənclər İctimai Birliyinin sədri Sahil Hacıyev, “Yeni Nəsil” Gənclər İctimai Birliyinin sədri, layihə rəhbəri Asif Səlimovun digər qonaqlar və rayon gəncləri iştirak edirdi.        
İlk öncə tədbirə gələn qonaqlar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edərək əklil və tər gül dəstələri qoydular.
Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova bütün tədbir iştirakçılarını Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılovun adından salamladı. Qeyd etdi ki, Ümummilli Lider hər bir sahəyə qayğı ilə yanaşdığı kimi, gənclərin gələcəyi naminə  onlara xüsusi diqqət göstərib. Ulu öndər Heydər Əliyev 1999-cu il iyulun 29-da imzaladığı “Dövlət gənclər siyasəti haqqında” fərmanla müstəqil dövlətimizdə gənclərin hərtərəfli inkişafı üçün daha əlverişli şərait, cəmiyyətin həyatında onların fəal iştirakının təmin edilməsi üçün siyasi, sosial-iqtisadi və hüquqi baza yaratmış, gənclərin dövlət quruculuğu işinə geniş cəlb olunmasına və ictimai-siyasi fəallığının artmasına kömək etmişdir. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev ölkəyə rəhbərliyə başladığı gündən gəncliyin inkişafını prioritet vəzifə kimi qarşıya qoyub. Bu gün Azərbaycanda gənclər siyasəti uğurlu şəkildə həyata keçirilir. Dövlət gənclər siyasətində istedadlı gənclərin müəyyən edilməsi, dəstəklənməsi və inkişafına böyük diqqət ayrılır. Keçirilən layihənin əsas məqsədinin gənclərin liderlik bacarıqlarının inkişaf etdirilməsi, onların ictimai fəaliyyətə cəlb olunmalarının və qərarvermə proseslərində fəal iştiraklarının stimullaşdırılması, öz hüquqları haqqında biliklərinin artırılması, fəal mövqe bildirmə bacarıqlarının üzə çıxarılması və gənclər arasında əməkdaşlıq şəbəkəsinin yaradılması kimi nailiyyətlərin əldə edilməsindən ibarətdir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-Siyasi məsələlər şöbəsinin sektor müdiri Vüsal Quliyev öz nitqində xalqın xilaskarı olan ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışının ilk dövrlərindən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab etdiyini vurğuladı. Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də gənclər siyasətinə eyni diqqətlə yanaşıb. Bu gün Azərbaycan gəncləri öz potensialına, intellektinə görə heç də digər ölkə gənclərindən geridə qalmırlar, əksinə, irəlidədirlər. Hazırda  Azərbaycanda həyata keçirilən gənclər siyasəti dünyanın istənilən  ölkəsinə nümunə ola bilər. Azərbaycanda Gənclər Fondu yaradılıb, gənclərimizin dünyanın ən nüfuzlu universitetlərində təhsil alması üçün dövlət proqramı həyata keçirilir. Azərbaycan gəncləri müxtəlif bilik və idman  yarışlarında, olimpiadalarda yüksək nəticələr göstərirlər. Mötəbər idman yarışlarında gənclərimiz Azərbaycan bayrağını ən yüksək kürsülərdə dalğalandırırlar.
YAP Gənclər Birliyinin sədri Seymur Orucov öz növbəsində bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu söylədi. Qeyd etdi ki, Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar sayəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.
Daha sonra çıxış edən digər natiqlər də əsası ulu öndər tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gün uğurla davam etdirildiyi fikrini səsləndirdilər. Bildirdilər ki, sürətlə inkişaf etməkdə olan ölkəmizdə sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin fəal iştirakı nəzərə çarpır və burada, təbii ki, dövlətin də gənclər üzərində diqqət və qayğısı böyük rol oynayır Gənclərə dövlət qayğısı, qəbul olunmuş dövlət proqramlarının icrası, bu istiqamətində imzalanmış fərman və sərəncamların uğurlu icrası sayəsində Azərbaycanda güclü vətəndaş cəmiyyəti formalaşmışdır. Sevindirici haldır ki, bu sahədə gənclər təşkilatları öz fəallıqları ilə seçilir. Onlar dövlətdən hərtərəfli dəstək alaraq, gənclərin intellektualvə fiziki inkişafına, ictimai fəallığının və təşəbbüskarlığının artırılmasına yönəlmiş layihələr keçirirlər. Bu kimi tədbirlərin keçirilməsi gənclərin özünü təsdiq etmək üçün əlverişli şərait yaratdığını, onların daha da təşkilatlanması, çevik və düzgün qərarlar qəbul etmələri baxımından böyük imkanlar açır.
Layihə 1 ay boyunca davam edərək gənclərə liderlik bacarıqlarının öyrədilməsində mühüm rol oynayacaq.

Keçidlər