Ümid qəsəbəsində səyyar görüş
Ümid qəsəbəsində məskunlaşmış qaçqın və məcburi köçkünlərlə növbəti səyyar görüş keçirmişdir. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak etmişlər.
Keçirilmiş səyyar qəbulda 200-ə yaxın qəsəbədə məskunlaşan qaçqın iştirak etmişdir. İştirak edən sakinlərin 12 nəfəri fərdi qaydada dinlənilmişdir.
Çıxış edən sakinlər ölkə rəhbərliyinə qəsəbələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdalıqlarını və dərin təşəkrrürlərini bildirmişlər. Qəsəbədə yeni təmir edilən xeyir şər evinin istifadəyə verilməsi sakinlərin sevincinə səbəb olmuşdur.
Qəsəbə sakinləri ən çox narahat edən problemlərin qısa vaxtda həll edildiyi, hal-hazırda Respublika Prezidentinin imzaladığı \"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı\" çərçivəsində qəsəbə ərazisində görülən işlərin sürətlə qəsəbənin inkişafına təkan olduğundan, rayonun inzibati ərazisində tikilən sənaye obyektlərinin qəsəbənin işsizlik probleminin aradan qaldırılmasında xüsusi rolunun olduğunu söylədilər.
Səyyar qəbulda fərdi qaydada dinlənilmiş müraciətlər yerində araşdırılıb, rayon İcra hakimiyyəti başçısı tərəfindən aidiyyəti üzrə tapşırıqlar və vətəndaşlara qaldırdıqları məsələlərlə bağlı hüquqi izahatlar verilmişdir.