Qaradağda Azərbaycan Silahlı Qüvvələr Gününə həsr olunmuş konsert keçirildi.
25 iyun 2014-cü il tarixində Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən hərbi hospitalda Azərbaycan Silahlı Qüvvələr gününə həsr olunmuş bayram konserti keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, zabitlər, hərbi hospitalın həkimləri, əsgərlər iştirak edirdilər.
Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov ilk öncə hər kəsi salamlayaraq bütün zabit və əsgər heyətini bu möhtəşəm bayram münasibətilə təbrik etdi. Ölkəmizin hərb tarixindən danışaraq qeyd etdi ki, tarixən xalqımızın göstərdiyi qəhrəmanlıq nümunələri bu gun də yaşamaqdadır. Azərbaycan müstəqilliyini Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bir çox sahələrdə olduğu kimi hərbi sahə də ciddi böhranla üzləşmişdi. Ordunun maddi-texniki təminatında problemlər müşayiət olunur və siyasiləşmə meylləri özünü hiss etdirirdi. Məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ordu quruculuğu sahəsində ciddi islahatlar aparıldı, elmi prinsiplərlə yanaşıldı və hökm sürən pərakəndəlik aradan qaldırıldı. Bu gün də Möhtərəm Prezidentimiz Ali Baş Komandan cənab İlham Əliyevin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunmuş Silahlı Qüvvələrimizin şəxsi heyəti torpaqlarımızın müdafiəsində mətinliklə dayanaraq döyüş qabiliyyətini və mənəvi-psixoloji hazırlıq səviyyəsini daim artırır. Ordumuzun maddi-texniki bazası möhkəmləndirilir, müasir hərbi texnika və silah-sursatla təminatı yaxşılaşdırılır, hərbi qulluqçuların sosial müdafiəsi daha da gücləndirilir.
Tədbir çərçivəsində nümunəvi xidmətinə görə seçilən bir neçə hərbi qulluqçu fəxri fərmanla təltif olundular.
Daha sonra tədbir rayonun mədəniyyət evlərinin musiqi kollektivlərinin təşkil etdiyi konsert proqramı ilə davam etdi.
Tədbirin sonunda rayon İcra hakimiyyəti tərəfindən hər bir əsgərə bayram sovqatı, hərbi hospital üçün isə musiqi mərkəzi ilə soyuducu hədiyyə olaraq təqdim olundu.