Şriftin ölçüsü :

Saytın rəngi :

23 iyun - Dövlət Qulluqçularının peşə bayramı qeyd olundu.

24 iyun 2014 | 10:00

23 iyun – Dövlət qulluqçularının peşə bayramı günü münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətinin akt zalında tədbir keçirildi.
   Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov rayon İcra hakimiyyətinin işçiləri və rayonun digər qurumlarında çalışan dövlət qulluqçuları iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısı  cənab Süleyman Mikayılov 23 iyun – Dövlət qulluqçularının peşə bayramı münasibəti ilə bütün dövlət qulluqçularını təbrik edərək hər birinə bu şərəfli yolda uğurlar arzuladı. Qeyd etdi ki, ölkəmizdə Dövlət qulluğunun gündən-günə təkmilləşdirilməsi daim diqqət mərkəzində duran məsələlərdən biridir. Dövlət qulluğunu tənzimləyən əsas sənəd Ümummilli Lider Heydər Əliyevin bilavasitə rəhbərliyi və təşəbbüsü ilə hazırlanıb qəbul edilmiş 2000-ci il 21 iyul tarixli 926-IQ nömrəli “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunudur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2006-cı il 23 iyun Azərbaycanda Dövlət Qulluqçularının Peşə bayramı Günü elan edilib. Ölkə başçısı cənab İlham Əliyevin qayğısı ilə dövlət qulluğunda çalışan hər kəsin yaxşı yaşayıb işləməsi üçün müvafiq şərait yaradılmışdır.
Tədbirin sonunda dövlət qulluğunda uzun illər səmərəli fəaliyyətinə görə bir qrup dövlət qulluqçusuna Qaradağ Rayon İcra Hakimiyyəti başçısı  cənab Süleyman Mikayılov tərəfindən fəxri fərman və qiymətli hədiyyələri təqdim olundu.

 

Keçidlər