Şriftin ölçüsü :

Saytın rəngi :

15 iyun Milli Qurtuluş günü münasibəti ilə aztəminatlı ailələrə yardım edildi.

14 iyun 2014 | 10:00

13 iyun 2014-cü il tarixində 15 iyun - Qurtuluş Günü münasibəti ilə rayonun aztəminatlı ailələri ilə görüş keçirildi.
         Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, aparatın məsul işçiləri və rayon ictimaiyyəti iştirak edirdilər.
         Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova görüşdə iştirak edən hər kəsi Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılovun adından 15 iyun - Qurtuluş Günü münasibəti ilə təbrik etdi. Bildirdi ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bağlı olan bu gün respublikamızın milli müstəqilliyini, suverenliyini əbədiləşdirən tarixdir. Hər birimiz üçün unudulmaz olan bu tarixi gün müasir Azərbaycanın milli müstəqilliyinin təntənəsi, hüquqi dövlət quruculuğunun başlanğıcıdır. Daxili çəkişmələr, iqtisadi böhran içərisində çırpınan, dərin sarsıntılar keçirən Azərbaycanın xilas yolunu müəyyənləşdirən ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də Ali Sovetin sədri seçilməsindən sonra respublikada siyasi sabitlik təmin olunmuş, ölkə hərtərəfli tərəqqi yoluna qədəm qoymuşdur.
Hər bayramda olduğu kimi bu gün də Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən rayonunun aztəminatlı ailələrinə bayram payı verilməsi dövlətimizin hər bir vətəndaşa göstərdiyi həssaslıqdır.
Daha sonra görüş iştirakçıları hər zaman göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirdilər.
Görüşün sonunda Qaradağ rayonu ərazisində yaşayan 200 aztəminatlı ailəyə rayon İcra hakimiyyəti tərəfindən ərzaq yardımı verildi.

Keçidlər