Şriftin ölçüsü :

Saytın rəngi :

"Özünüzü narkomanlıqdan qoruyun”

02 avqust 2012 | 10:00

Qaradağ rayonunun N saylı hərbi hissədə şəxsi heyətlə “Özünüzü narkomanlıqdan qoruyun” mövzusunda toplantı keçirildi.
Tədbirdə Qaradağ rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin məsul əməkdaşı Orxan Əhədov, Gənclər və İdman İdarəsinin rəisi Elçın Abbasov, Bakı şəhəri Narkoloji dispanserin baş narkoloqu L.Cəfərova və hərbi hissənin rəhbərliyi iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan E.Abbasov dəvət olunmuş şəxsləri təqdim etdikdən sonra toplantının keçirilməsinin məqsədi və mahiyyətindən danışaraq narkomanlığa qarşı kütləvi surətdə mübarizə aparmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 iyun 2007-ci tarixli 2271 saylı sərəncamı ilə “Narkotik vasitələrin, psiхotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasına qarşı mübarizə üzrə” Dövlət Proqramı”nın təsdiq edildiyini söylədi.
Sözügedən proqramın icrası ilə bağlı Qaradağ rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə xüsusi komissiya yaradıldığını, həmin komissiya tərəfindən silsilə xarakterli tədbirlərin, o cümlədən “Narkomanlığı doğuran səbəblər”, “Narkomanlığa qarşı mübarizə ümumхalq işidir”, “Gəncliyi narkomanlıqdan qoruyaq”, “Sağlam ailə-sağlam gələcək” mövzusunda yığıncaqlar və dəyirmi masaların keçirilməsi, həmin tədbirlərdə narkomanlığın aradan qaldırılması yolları üzrə fikir mübadilələrinin aparılması iştirakçıların nəzərinə çatdırıldı.
Bu istiqamərdə maarifləndirmə işinin xüsusi önəm daşıdığını vurğulayan natiq sözü Bakı şəhəri Narkoloji dispanserin baş narkoloqu L.Cəfərovaya təqdim etdi. Mütəxəssis narkomanlığı doğuran səbəblərdən, narkotiklərin yayılma yollarından, onunla mübarizə üsullarından danışaraq bu mabarizənin ümumxalq işi olduğunu və birgə mübarizədə nəticə verdiyini xüsusilə vurğuladı.
Tədbirin sonunda iştirakçılara “Narkomanlıqdan özünüzü qoruyun” adlı maarifləndirici broşürlər paylanıldı.

Keçidlər