Şriftin ölçüsü :

Saytın rəngi :

Misir Mədəniyyət günləri Qaradağda.

06 iyun 2014 | 10:00

05 iyun 2014 cü il tarixində Azərbaycan Respublikasında Misir Mədəniyyət Günləri proqramı çərçivəsində Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndələri və “İsmailiyyə” folklor ansamblının üzvləri Qaradağ rayonunda oldular.
Səfər çərçivəsində Qobustan qəsəbəsində Qobustan Dövlət Tarixi-Bədii qoruğu ilə tanış oldular. Məlumat verildi ki, Azərbaycanın maddi mədəniyyət abidələri sırasında olan Qobustan Dövlət Tarixi-Bədii qoruğu UNESCO-nun ümumdünya mədəni irs siyahısına daxil edilmişdir.
Daha sonra Misir Ərəb Respublikasının “İsmailiyyə” folklor ansamblı Aşıq Rza Qobustanlı adına Mədəniyyət evində maraqlı konsert proqramı ilə çıxış etdilər. Proqramda rəngarəng Misir xalq rəqsləri, musiqi nömrələri nümayiş olunub.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər