Şriftin ölçüsü :

Saytın rəngi :

“Müstəqilliyimiz əbədidir, dönməzdir”

25 may 2014 | 10:00

24 may 2014-cü il tarixində 28 may-Respublika günü münasibətilə Lökbatan qəsəbəsindəki “Dəniz Palace” şadlıq evində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Qaradağ Rayon Komitəsnin təşəbbüsü ilə rayonun təhsil müəssisələrində çalışan Qarabağ döyüşlərində vuruşmuş 26 nəfər təhsil işçisi ilə görüş keçirilmişdir.
Tədbirdə Səfərbərlik üzrə rayon idarəsinin şöbə müdiri, rayon ərazisində yerləşən hərbi hissələrdən 15 nəfər zabit və əsgər, təhsil müəssisələrinin ilk həmkarlar təşkilat sədrləri, rayon Rəyasət heyətinin, Məclisinin üzvləri iştirak etmişlər.
Foyedə Qaradağ rayon 33 sayli UYM-nin dərnək üzvlərinin 28 may-Respublika gününə və Qarabağ müharibəsində vəhşiliklərə məruz qalmış insanlara həsr edilmiş rəsm əsərləri nümayiş etdirilmişdir.
Tədbiri Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Qaradağ Rayon Komitəsnin sədri Zümrüd Rzayeva açaraq ulu öndərimiz Heydər Əliyev yaratdıği müstəqil Azərbaycanın böyük sosial-iqtisadi və mədəni yüksəlişinin dünyaya səs saldığını, həyatının mənasının yalnız xalqına xidmətdə görmüş, ömrünü onun xoş, firavan gələcəyinə həsr etməkdən şərəf duymuş Heydər Əliyev məktəbinin layiqli davamçısı olan cənab İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində ölkəmizin daha da uğurlu sabahlara aparacağını vurğuladılar. Bundan əlavə Qarabağ veteranlarının dövlətimizin, dövlət başçımızın diqqət mərkəzində olduqlarının, onların sağlamlığının qorunması, sosial həyat tərzlərinin yaxşılaşdırılması, maddi rifahlarının yüksəlməsi üçün dövlətimiz tərəfindən bir çox ardıcıl proqramların hazırlanıb həyata keçirilməsindən söz açdılar. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Qaradağ Rayon Komitəsnin təsəbbüsü ilə Qarabağ uğrunda döyüşlərdə iştirak etmiş təhsil işçiərinə vaxtaşırı maddi yardımların göstərilməsi və ehtiyacı olanlara müxtəlif köməkliklər göstərilməsi, sanatoriyalara, gəzintilərə göndərilməsi barədə məlumat verildi.
Sonda veteranlara hədiyyələr verildi.
Tədbirin bədii hissəsində C.Qaryağdıoğlu adına 9 nömrəli Musiqi məktəbinin, rayon UYM-nin, 106 nömrəli məktəbin şagirdlərinin ifasında vətən, yurd sevgisi, Azərbaycanın müstəqilliyinə həsr edilmiş şeirlər, mahnılar səslənmişdir. Ə.Əmirov adına Mədəniyyət sarayının oğlanlardan ibarət rəqs qrupu və müğənnilərin çıxışları  alqışlarla qarşılandı. Tədbirdə rayon İcra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov və şöbənin məsul işçiləri iştirak etdilər.


 

Keçidlər