1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olundu.
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Lökbatan qəsəbəsindəki “Cırtdan” uşaq əyləncə parkında Heydər Əliyev Fondunun təşəbbüsü ilə bayram şənliyi keçirildi.
Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, onların şəxsiyyət kimi formalaşması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil etdiyi vurğuladı. Qeyd etdi ki, Hazırda ulu öndərin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uşaq dövlət siyasəti ilə bağlı silsilə fərman və sərəncamlar imzalamışdır. Bu işdə Heydər Əliyev Fondunun və prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın irəli sürdüyü təşəbbüslər, görülən işlər ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Heydər Əliyev Fondu uşaqların problemlərinə böyük rəğbətlə yanaşır, onların hərtərəfli inkişafı, keyfiyyətli təhsil, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunması istiqamətində önəmli layihələr həyata keçirir.
Tədbir incəsənət xadimlərinin iştirakı ilə konsert proqramıyla davam etdi. Eyni zamanda körpələr atraksionlardan pulsuz istifadə edərək xoş anlar yaşadılar. Hər bir uşağa Heydər Əliyev Fondu tərəfindən toplar, oyuncaqlar, saatlar və müxtəlif növ hədiyyələr paylandı.
Uşaqlar keçirilən tədbirləri bəyəndilər, valideynlər isə uşaqlarının sevincinə görə ölkə başçısı, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.