Şriftin ölçüsü :

Saytın rəngi :

"Son zəng" tədbirləri Qaradağ rayon məktəblərində təntənə ilə keçirildi.

01 iyun 2014 | 10:00

30-31 may 2014-cü il tarixlərində Qaradağ rayonunun orta məktəblərində “Son zəng” tədbirləri təntənəli qeyd olundu. Tədbirlərin keçirilməsi üçün məktəb kollektivləri tərəfindən böyük razılıq işləri aparılmış, bu gün bütün məzunların və iştirakçıların uzun illər ərzində yadında qalan əlamətdar hadisəyə çevrilməsi üçün əllərində gələni etdilər.
Hər bir tədbir Azərbaycanın dövlət bayrağının səhnəyə gətirilməsi və dövlət himninin səsləndirilməsi ilə başladı.
Ulu Öndərin Azərbaycan təhsilinin inkişafındakı əvəzsiz xidmətlərindən, bu gün ölkə rəhbərliyi tərəfindən təhsil sahəsində aparılan siyasətdən danışıldı, rayonumuzda son illər ərazində təhsil ocaqlarının yenidən tikilməsi, əsaslı təmir olunaraq müasir avadanlıqlarla təchiz edilməsini təhsildə keyfiyyətin yüksəlməsinə təsir edən amil kimi qiymətləndirdilər. Müstəqil həyatın astanasında duran məzunlara, ölkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzuladılar.
Qeyd etmək lazımdır ki, rayon üzrə 1193 şagird orta məktəbi məzun olaraq bitirdi.
 

Keçidlər