Qaradağ Rayon İcra Hakimiyyətində Başçının yanında Şuranın növbəti iclası keçirildi.
29 may 2014-cü il tarixində Qaradağ Rayon İcra Hakimiyyətində Başçının yanında Şuranın növbəti iclası keçirildi.
Şuranın işində rayon İcra hakimiyyəti başçısının yanında Şura üzvləri, rayon İcra hakimiyyətinin şöbə müdirləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri və rayonun aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərləri də daxil olmaqla 90 nəfər iştirak edirdi.
Şurada Azərbaycan xalqının Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin ictimai-siyasi, sosial-iqtisadi və mənəvi-ideoloji irsinin öyrənilməsi və təbliği üzrə Qaradağ rayonunda görülən işlər barədə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramovun, Rayon Məşğulluq Mərkəzinin əmək ehtiyatlarından səmərəli istifadə edilməsi və işsizlərlə bağlı fəaliyyətinin təhlili, müəssisələrdə boş iş yerləri, kvotalar mövcud vəziyyətin təhlili və qarşıda duran vəzifələr barədə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Elbrus Ağayevin, Qaradağ rayonunun təsərrüfat və kommunal xidməti sahələrinin 2014-cü ilin yaz-yay mövsümünə hazırlığının vəziyyəti barədə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının rayon təsərrüfatı şöbəsinin müdiri Rövşən Səmədzadənin məruzələri dinlənildi.
Məruzələr ətrafında çıxışlar bitdikdən sora Şura iştirakçılarının rayonun sosial-iqtisadi inkişafının və infrastrukturun cari vəziyyəti ilə bağlı sualları, rəyləri və təklifləri dinlənildi.
Başçı, Şuranın sədri cənab Süleyman Mikayılov Qaradağ rayonunun qəsəbələrində aparılan quruculuq və abadlıq işlərinin aparılmasında, rayon əhalisinin sosial problemlərinin həlli istiqamətlərində müvafiq tapşırıqlarını verdi.
Gündəlikdəki məsələlərə dair Şuranın qərar layihələri oxunaraq, müvafiq rəylər və təkliflər nəzərə alınmaqla qəbul edildi.