Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin irsinin öyrənilməsi ilə bağlı dərslərə yekun vuruldu.

27 may 2014 | 10:00

 26 may 2014-cü il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsi Heydər Əliyev Mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliği məqsədilə keçirilən dərslərin yekunu ilə əlaqədar tədbir keçirildi.
            Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, rayonun ümumtəhsil ocaqlarının müəllim və şagird heyəti iştirak edirdi.
Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova keçirilən açıq dərslərin əhəmiyyətindən danışaraq Ümummilli Liderimiz Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında göstərdiyi misilsiz xidmətlərdən söz açdı.
Daha sonra çıxış edən natiqlər Ulu Öndərin zəngin həyat və fəaliyyətinə bir daha nəzər salaraq Ümummilli Lider Heydər Əliyev haqqında danışdılar. Bildirildi ki, Ulu öndərin Azərbaycana rəhbərlik dövrü xalqımızın tarixi yaddaşına Heydər Əliyev epoxası kimi daxil olmuşdur. Bu dövr Azərbaycanın inkişafını ən şərəfli səhifələrindən biridir. Heydər Əliyev bütün ömrünü vətənpərvərlik hissi ilə yaşamışdır. İqtisadiyyatın yenidən qurulması, kənd təsərrüfatının dirçəlişi, peşəkar ordunun yaradılması, uğurlu siyasi kursun həyata keçirilməsi, səhiyyə, elm, təhsil, mədəniyyət, incəsənət sahələrinin tərəqqisi, hüquqi və demokratik dövlət quruculuğu-bütün bunların hamısı ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Müdrik rəhbər Heydər Əliyev ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini qeyd edən natiqlər ölkəmizin çox sürətlə və davamlı inkişaf etdiyini bildirdilər.
Qeyd etmək lazımdır ki, Qaradağda 04 mart 2014-cü il tarixindən rayonun ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün dəsrlərin keçirilməsinə başlanılmış və dərslər 13 may 2014-cü il tarixində başa çatmışdır. Keçirilən dərslərdə ümumillikdə rayonun 12 orta məktəbindən 2675 nəfər şagird iştirak etmişdir.

Keçidlər