Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon Gəncləri bir arada.

24 may 2014 | 10:00

23 may 2014-cü il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Gənclərinin VII Ümumrespublika Forumu ilə  əlaqədar Qaradağ rayon gənclərinin toplantısı keçirildi.
İlk öncə tədbirə gələn qonaqlar ümummilli lider Heydər Əliyev büstü önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirdilər.
Tədbirdə Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasovun Azərbaycan gənclərinin VI forumundan keçən dövr ərzində görülmüş işlərlə bağlı hesabatı dinlənildi. O, gənclərə göstərilən dövlət qayğısından danışaraq bildirmişdir ki, 1994-cü il iyulun 26-da dövlətimizin başçısının Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmış, dövlət gənclər siyasəti hazırlanaraq həyata keçirilməyə başlanılmışdır. 1996-cı ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Gənclərinin Birinci Forumu keçirilmişdir. Ulu öndər Heydər Əliyevin 1999-cu il iyulun 29-da “Dövlət gənclər siyasəti haqqında” Fərman imzalaması və “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi bu sahədə hüquqi baza yaratmaqla ölkəmizdə müasir gənclər siyasətinin əsasını qoymuşdur. Dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələdə inkişaf etdiyini deyən natiq bildirmişdir ki, dövlət başçısının 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı müasir Azərbaycan gəncliyinin dövrün tələbləri səviyyəsində hərtərəfli inkişafına möhkəm zəmin yaratmışdır.
Ötən dövr ərzində rayonda gənclərin ictimai-siyasi, iqtisadi və mədəni həyatda fəal iştirakı, gənclər siyasətinin bütün sahələri üzrə müvafiq dövlət proqramlarının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil və digər sahələrdə gənclərin xidmətlərinin düzgün qiymətləndirilməsi istiqamətində mühüm işlər həyata keçirildiyini diqqətə çatdırdı.
Tədbirdə iştirak edən Qaradağ Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov və  Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin şöbə müdiri Gündüz Vəliyev öz çıxışlarında gənclərə belə yüksək dəyərin verilməsini ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirdilər. Yeni dövrdə dövlətimizin qarşısında duran çətinliklərin həll edə bilmək üçün gənclərin yenidən təşkilatlanması, onlarda milli özünüdərkin, azad, demokratik düşüncənin formalaşması Ümummili lider Heydər Əliyevin qayğısı və diqqəti nəticəsində mümkün olub. Bu gün əsası Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən daha da dərinləşdirilir, gənclərə idarəetmədə və qərar qəbulu səviyyəsində yüksək etimad göstərilir. Bu gün dövlətimizin gənclər siyasətinin əsas istiqamətlərinin gənclərin vətənpərvər ruhda böyüməsi, mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı, istedadlı gənclərə dövlət qayğısı, sağlamlıqlarının qorunması və fiziki inkişafı, gənclərinin məşğulluğunun təmin edilməsi, gənc ailələrə dövlət tərəfindən yardımların edilməsi olduğunu vurğuladılar.
Tədbirdə çıxış edən rayon gəncləri ümummilli lider Heydər Əliyevin dövlətçilik ideyalarını uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ardıcıl səyləri nəticəsində Azərbaycanın dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrildiyini, göstərilən hərtərəfli diqqət və qayğının onlarda böyük ruh yüksəkliyinin yaratdığı qeyd etdilər.
Sonda Azərbaycan gənclərinin VII forumuna nümayəndələr seçilərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olundu.

Keçidlər