Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkomanlıq və onun fəsadları” mövzusunda gənclər ilə görüş keçirildi.

16 may 2014 | 10:00

15 may 2014-cü il tarixdə Qaradağ rayonu Qızıldaş qəsəbəsindəki 180 saylı məktəbdə qəsəbə gəncləri ilə “Narkomanlıq və onun fəsadları” mövzusunda  görüş keçirildi.
Görüşdə Bakı şəhəri Narkoloji dispanserin baş narkoloqu Lüdmila Cəfərova, Qaradağ Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlar üzrə inspektoru Ceyran Ömərova,  məktəb müəllimləri, şagirdlər iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov gənc nəslin sağlam həyat tərzinin təmin olunmasının zəruriliyindən danışaraq bu sahənin daima rayon rəhbərliyinin diqqət mərkəzində olmasını, bu istiqamətdə əməli tədbirlərin görülməsi üçün şəraitin yaradılmasını qeyd etdi.
Daha sonra çıxış edən Lüdmila Cəfərova son vaxtlar yeniyetmə və gənclər arasında narkotiklərə meylliliyin olmasından və hətta bu ümumbəşəri bəlanın təhsil ocaqlarına belə yol tapmasından danışdı. Qarşılıqlı fikir mübadiləsi ilə keçən tədbirdə digər şəxslər də Azərbaycan mentalitetinə yaraşmayan neqativ faktların, o cümlədən alkoqollu içkilərin qəbulu, narkomanlığın profilaktikası ilə bağlı yeniyetmə və gənclərin təmsil olunduqları yerlərdə müvafiq mövzularda seminarların, sərgi, mədəni-kütləvi aksiya və təşviqat kampaniyalarının keçirilməsinin, sağlam həyat tərzinin kütləvi-mədəni, bədən tərbiyəsi və idman vasitəsilə təbliğ edilməsinin və bu sahədə maarifləndirmə işinin genişləndirilməsinin vacibliyini qeyd etdilər. Tədbirin sonunda iştirakçılara mövzuya uyğun broşürlər paylandı.

Keçidlər