Şriftin ölçüsü :

Saytın rəngi :

Böyük Vətən Müharibəsində iştirak edən veteranlar ilə görüş keçirildi.

08 may 2014 | 10:00

07 may 2014-cü il tarixində YAP Qaradağ Rayon Təşkilatının binasında  Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 69-cu ildönümü münasibəti ilə Böyük Vətən Müharibəsi iştirakçıları ilə görüş keçirildi.
Görüşdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Elnur Qurbanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsinin rəisi vəzifəsinin icraçısı mayor Novruz Rəhimov və müharibə veteranları iştirak edirdilər.
Görüş zamanı öz çıxışında Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Elnur Qurbanov o dövrdə xalqımızın mərd oğul və qızlarımızın müharibənin ən qaynar nöqtələrində igidlik göstərərək qəhrəmancasına həlak olduqlarını söylədi. Artıq müharibənin bitməsindən və qazanılan qələbədən 69 il örtməsinə baxmayaraq bu tarixin dövlətimiz tərəfindən hər il yüksək səviyyədə qeyd olunduğunu bildərərək, bunun ulu öndərimiz Heydər Əliyevin qoyduğu siyasi kursun bir hissəsi kimi vurğuladı.
Daha sonra çıxış edən Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsinin rəisi vəzifəsinin icraçısı mayor Novruz Rəhimov keçirilən bu cür tədbirlərin gənclərdə vətənpərvərlik hisslərini aşıladığını, onlara vətəni qorumağın nə qədər müqəddəs bir iş olduğunu təbliğ etdiyini söylədi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasət nəticəsində bu gün Qafqazın ən güclü ordusuna sahib olduğumuzu xatırladaraq işğal altında olan torpaqlarımızın tezliklə azad olunacağına əminliyini ifadə etdi.
Tədbirin sonunda Böyük Vətən Müharibəsinin iştirakçılarına Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən maddi yardım verildi.

Keçidlər