Qaradağda möhtəşəm bayram konserti keçirildi.
05 may 2014-cü il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91 illik yubileyinə və Gül bayramına həsr olunmuş konsert keçirildi.
Keçirilən tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Şura üzvləri, qonaqlar və rayon ictimaiyyəti iştirak edirdi.
İlk öncə Ulu Öndərin həyatından bəhs edən film nümayiş olundu.
Daha sonra konsert proqramı respublikamızın tanınmış müğənnilərinin rəngarəng ifaları ilə davam edərək əhali tərəfindən böyük coşquyla qarşılandı.
Tədbir zamanı Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında göstərdiyi misilsiz xidmətlərdən danışıldı.
Konsert proqramı atəşfəşanlıqla yekunlaşdı.