Heydər Əliyev Mərkəzində yeni ailə quran gənclərin nikah mərasimi keçirildi.
30 aprel 2014-cü il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində yeni ailə quran gənclərin nikah mərasiminin keçirilməsi ilə yeni bir ənənənin təməli qoyuldu. Başlayan bu xoş ənənədə 3 yeni ailənin nikah mərasimi keçirildi.
İlk öncə gənclər Heydər Əliyev Mərkəzinin qarşısında ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, əziz xatirəsini ehtiramla andılar.
Sonra Mərkəzdə yeni ailə quran gənclərin nikah aktının imzalanması mərasimi keçirildi. Doğmalarının da iştirak etdikləri mərasimdə ailə dəyərlərinin qorunmasının vacibliyini qeyd edilərək, yeni ailə quran gənclərə sağlam və xoşbəxt ailə həyatı, sevinc və səadət dolu günlər arzulandı.
Mərasimdə iştirak edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova xalqımızın ailə dəyərlərini, ailə ləyaqətini həmişə hər şeydən üstün tutduğunu, bu gündə ailə məsələlərinin həm dövlətin, həm də cəmiyyətin önəm verdiyi ən əsas məsələlərdən biri kimi vurğuladı.
Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu qeyd edərək, yeni ailə quran gənclərə cəmiyyətimiz müqəddəs təməl daşı olan ailə dəyərlərinə hər zaman sadiq qalmağı arzuladı.
Mərasimdə yeni ailə həyatı quran gənclərə rayon İcra hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olundu.