Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağda Müqəddəs Pasxa Bayramı münasibəti ilə slavyanəsilli sakinlər üçün ziyafət təşkil edildi

26 aprel 2014 | 10:00

25 aprel 2014-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyəti Müqəddəs Pasxa bayramı münasibəti ilə slavyanəsilli sakinlər üçün ziyafət təşkil etdi.
Ziyafət Sahil qəsəbəsindəki “Xəzri” şadlıq sarayında keçirildi. Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov və digər dəvət olunanlar iştirak edirdilər.
İlk öncə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova Pasxa bayramı münasibəti ilə tədbir iştirakçılarını təbrik etmiş, xalqımızın tarixi ənənələrə söykənən dostluq və qardaşlıq münasibətlərindən danışmış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  apardığı siyasətin nəticəsində ölkəmizdə sağlam ictimai-siyasi mühitin hökm sürdüyü, tolerantlığın qorunub saxlanıldığı, müxtəlif dinlərə və təriqətlərə hörmət və ehtiramın bəslənməsini diqqətə çatdırmışdır. Tədbirdə Rus Provaslav kilsəsinin nümayəndələri tərəfindən xeyir dua edildi, dini ayinlər icra olundu.
Daha sonra tədbir bədii, əyləncəli proqramla davam etdi.
Eyni zamanda rayonda yaşayan slavyanəsilli aztəminatlı ailələrə Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən ərzaq yardımı paylandı.

Keçidlər