Şriftin ölçüsü :

Saytın rəngi :

Çernobıl faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.

25 aprel 2014 | 10:00

24 aprel 2014-cü il tarixində Çernobıl faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Çernobıl Əlilləri İttifaqının Qaradağ rayon filialının sədri Raidə Məmmədova  iştirak edirdi.
Tədbir Çernobıl faciəsi qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.
Giriş sözü ilə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova Çernobıl faciəsinin törətdiyi  fəsadlar barədə danışaraq, ümummilli lider Heydər Əliyevin imzaladığı “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Fərmanını dövlətimiz tərəfindən göstərilən diqqət və qayğının təzahürü olduğunu vurğuladı. Çernobıl əlillərinin sosial durumu yaxşılaşdırılaraq, onların statusu müəyyənləşdirildiyini, sosial problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər görüldüyünü qeyd etdi.
Öz növbəsində Çernobıl Əlilləri İttifaqının Qaradağ rayon filialının sədri Raidə Məmmədova çıxış edərək Çernobıl əlillərinin problemlərinin həllində göstərilən köməklikdən, hər zaman onlara bəslənən hörmətdən razı qaldıqlarını və buna görə də hörmətli Prezidentimiz cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz dərin minnətdarlığını bildirdi.
Daha sonra tədbirdə Çernobıl əlillərinə söz verilərək və onların arzu, istəkləri  dinlənilmiş, onları narahat edən məsələlərə aydınlıq gətirildi.
Tədbirin sonunda rayonda yaşayan aztəminatlı Çernobıl əlilinin ailəsinə Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən ərzaq yardımı paylandı.

Keçidlər