Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qaradağda iməclik keçirildi.

08 aprel 2014 | 10:00

Ölkəmizdə həyata keçirilən  sosial-iqtisadi islahatların  əsas məqsədlərindən biri  də ətraf mühitin mühafizəsini və insanların sağlam təbii şəraitdə yaşamasını ən yüksək səviyyədə təmin etməkdir.
Məlum olduğu kimi,  Heydər Əliyev Fondunun  xalqımızın  mənəvi dəyərlərinə yüksək ehtiram nümayiş etdirərək yaşıllaşdırma kampaniyalarına start verməsi ölkənin hər bir bölgəsində  böyük rəğbətlə  qarşılanır.
Bu ənənəyə sadiq olaraq Heydər Əliyev Fondunun dəstəyi ilə ağaçəkmə kampaniyasına Qaradağ rayonunda da başlanıldı. Rayonun Səngəçal və Sahil qəsəbələrinin nəzərdə tutulmuş ərazilərində, eləcə də Bakı-Salyan avtomobil yolunun kənarında Eldar şamı, şam, kiparis və müxtəlif növ gül kolları olmaqla 5 mindən çox  ağac əkildi.
Bu nəcib aksiyada Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Şura üzvləri, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri yaxından iştirak edirdi.
Ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması üçün başlanan bu hərəkat daha da genişlənərək böyük ərazini əhatə edəcək. Əkilən ağaçların qorunması üçün müvafiq suvarma sistemi qurularaq gecikdirilmədən aqrotexniki qulluq göstəriləcək.

Keçidlər