Şriftin ölçüsü :

Saytın rəngi :

“Tolerantlıq Azərbaycan cəmiyyətinin yaşam normasıdır” mövzusunda konfrans keçirildi.

04 aprel 2014 | 10:00

03 aprel 2014-cü il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə Qaradağ Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, rayon ağsaqqallarının, ziyalıların və gəcnlərinin birgə iştirakı ilə “Tolerantlıq Azərbaycan cəmiyyətinin yaşam normasıdır” mövzusunda konfrans keçirildi.
Tədbirdə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi Rafiq Qaçayev, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Qaradağ rayon Polis İdarəsinin rəisi İntiqam Mirsalayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhər İdarəsinin rəisi Nizami Hüseynov, komitənin şöbə rəisi Əliheydər Zülfüqarov və digər qonaqlar iştirak edirdi.
Giriş nitqi ilə çıxış edən Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik  İdarəsinin şöbə rəisi Rafiq Qaçayev ölkəmizdə insan hüquq və azadlıqları, o cümlədən vicdan və dini etiqad azadlığının qorunması, radikal yönümlü təriqətlərin, sektaların, müxtəlif icmalar və ayrı-ayrı şəxslər tərəfindən dini ayrıseçkilik, ədavət salınması, dözümsüzlük ideyalarının yayılması, ölkədəki ictimai-siyasi sabitliyin pozulması kimi  cəhdlərin qarşısının alınması məqsədilə hüquq-mühafizə, o cümlədən daxili işlər orqanları tərəfindən kompleks tədbirlər görüldüyünü bildirdi.
Qaradağ rayon Polis İdarəsinin rəisi İntiqam Mirasalayev Azərbaycanda insan hüquq və azadlıqları, o cümlədən vicdan və dini etiqad azadlığının qorunmasının beynəlxalq  hüquqi normalara tam uyğunlaşdırıldığını, dövlət və dini qurumlar arasında münasibətlərin Azərbaycan Konstitusiyasının müvafiq müddəaları, “Dini etiqad azadlığı haqqında” qanun  və digər qanunvericilik aktları ilə tənzimləndiyini vurğulayaraq rayon ərazisində bölücülüyü təbliğ edən zərərli meyllərə qarşı aparılan mübarizə tədbirləri barədə iştirakçılara məlumat verdi.
Daha sonra çıxış edən digər natiqlər ölkəmizin  müstəqilliyini bərpa etdikdən sonra  dövlət-din münasibətlərində yeni mərhələ başladı, milli-mənəvi dəyərlərə münasibət də köklü  şəkildə dəyişdiyini qeyd etdilər. Ümummilli lider Heydər Əliyevin bu sahədə həyata keçirdiyi mükəmməl siyasətin hazırda prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdilər. Qaradağ rayonunda dini və mənəvi-əxlaqi dəyərlərin qorunması, qadağan olunan dini təriqətləriun təbliğinin qarşısının alınması sahəsində görülən işlərin vəziyyəti haqqında danışaraq bu sahədə ziyalıların, ağsaqqalların üzərinə böyük vəzifə düşdüyünü vurğuladılar.
Konfransda mövzu ətrafında müzakirələr aparıldı, təkliflər səsləndirildi.

Keçidlər