Qaradağ Rayon İcra Hakimiyyətində Başçının yanında Şuranın növbəti iclası keçirilmişdir.
01 aprel 2014-cü il tarixində Qaradağ Rayon İcra Hakimiyyətində Başçının yanında Şuranın növbəti iclası keçirilmişdir.
01 aprel 2014-cü il tarixində Qaradağ Rayon İcra Hakimiyyətində Başçının yanında Şuranın növbəti iclası keçirilmişdir.
Şuranın işində rayon İcra hakimiyyəti başçısının yanında Şura üzvləri, rayon İcra hakimiyyətinin şöbə müdirləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri və rayonun aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərləri də daxil olmaqla cəmi 90 nəfər iştirak edirdi.
Şurada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq əhalinin tibbi müayinədən keçirilməsinin təmin edilməsi haqqında Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 14 fevral 2014-cü il tarixli 14 saylı sərəncamının icra vəziyyəti barədə Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının müavini Təranə İsmayılovanın, Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən rayon təsərrüfatı, коmmunal xidmətlər, təmir-tikinti və sosial-abadlıq sahələrində 2014-cü ilin cari dövrü ərzində görülən işlərin hesabatı barədə Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Rayon Təsərrüfatı şöbəsinin müdiri Rövşən Səmədzadənin, Qaradağ rayonunda qeyri-hökumət qurumlarının və siyasi partiyaların rayon təşkilatlarının cari fəaliyyəti və onlarla aparılan işlərin vəziyyəti barədə və Qaradağ rayon Gənclər və İdman İdarəsi, Uşaq Gənclər İdman Məktəbinin rayon gəncləri və yeniyetmələri arasında idmanın və fiziki tərbiyənin təşkilində rolu barədə Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatı İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramovun məruzələri dinlənilmişdir.
Başçı, Şuranın sədri cənab Süleyman Mikayılov Qaradağ rayonunun qəsəbələrində aparılan quruculuq və abadlıq işlərinin aparılmasında, rayon əhalisinin sosial problemlərinin həlli istiqamətlərində müvafiq tapşırıqlarını verdi.
Məruzələr ətrafında çıxışlar bitdikdən sora Şura iştirakçılarının rayonun sosial-iqtisadi inkişafının və infrastrukturun cari vəziyyəti ilə bağlı sualları, rəyləri və təklifləri dinlənilmişdir.
Gündəlikdəki məsələlərə dair Şuranın qərar layihələri oxunmuş, müvafiq rəylər və təkliflər nəzərə alınmaqla qəbul edilmişdir.