Qaradağ Rayon İcra Hakimiyyəti və rayon Məşğulluq Mərkəzi birgə tədbir keçirdi.
13 mart 2014-cü il tarixində Qaradağ Rayon İcra Hakimiyyəti və rayon Məşğulluq Mərkəzinin birgə təşkilatçılığı ilə “Rayon ərazisində fəaliyyət göstərən səhiyyə müəssisələri, orta məktəblər və uşaq bağçaları tərəfindən statistik hesabat formalarının təqdim edilməsi qaydaları haqqında və eləcə də sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların kvota üzrə işlə təmin olunmasında işəgötürənlərin rolu” mövzüsunda tədbir keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavinləri Elnur Qurbanov və Təranə İsmayılova, rayon Məşğulluq Mərkəzinin direktoru Tahir Hüseynov, idaərə müəssisə və təşkilat rəhbərli iştirak edirdi.
Baş tutan tədbirdə dövlət rəhbərliyi səviyyəsində görülən işlərin əhəmiyyəti bildirildi. Bu istiqamətdə görülən işlərə diqqətçəkən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Elnur Qurbanov bildirdi ki, əsas məqsəd rayon əhalisinin işlə təminidir.
Qaradağ Rayon Məşğulluq Mərkəzinin direktoru Tahir Hüseynov mövzu ilə bağlı çıxış Dövlət Statistika Komitəsinin tərtib etdiyi hesabat formaları eləcə də, günün tələblərinə uyğun olaraq əmək bazarında mövcud peşələr barədə barədə məlumat verdi.
İnsan resurlarının inkişafı ilə bağlı həyata keçirilən işlər müzakirə edilərək müəyyən suallara aydınlıq gətirildi. Peşə yönümü ilə bağlı gənclərin və xüsusi müdafiəyə ehtiyacı olan vətəndaşların işlə təmin olunması ilə əlaqədar maarifləndirmə tədbirləri davamlı olaraq həyata keçiriləcək. Qeyd edildi ki, peşə yönümlü problemlərin düzgün həlli gənc nəslin gələcək taleyində onların məşğulluğun təmin olunmasında mühüm rol oynayır.