Novruz bayramı münasibəti ilə aztəminatlı ailələrə yardım edildi.
17 mart 2014-cü il tarixində Novruz bayramı münasibəti ilə rayonun aztəminatlı ailələri ilə görüş keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavinləri Elnur Qurbanov, Təranə İsmayılova və rayon ictimaiyyəti iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Elnur Qurbanov görüşdə iştirak edən hər kəsi rayon rəhbərliyi adından Novruz bayramı münasibəti ilə təbrik edərək, bol ruzi və ailələrinə əmin-amanlıq arzuladı. Hər bayramda olduğu kimi bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılan “Qaradağ rayonunun sosial-iqtisadi inkişafına yardım Fondu” tərəfindən rayonunun aztəminatlı ailələrinə bayram payı göndərildiyini bildirərək, bunun bir daha ölkə başçısının diqqət və qayğısının təzahürü kimi vurğuladı.
Daha sonra görüş iştirakçıları adından çıxış edənlər Qarabağ müharibəsi əlilləri, veteran və şəhid ailələri ictimai birliyinin sədri Maqsud Heydərov, Şəhid ailəsi Zinyət Bəkirova və Cəbrayıl rayon köçkünü Sədət Zalov hər zaman göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və rayon İcra hakimiyyətinə öz dərin minnətdarlıqlarını bildirdilər.
Görüşün sonunda Qaradağ rayonu ərazisində yaşayan məcburi köçkün və şəhid ailələrinə, Qarabağ, 20 Yanvar, Çernobıl əlillərinə və aztəminatlı ailələrə rayon İcra hakimiyyəti tərəfində ərzaq yardımı verildi.