33 ildən sonra tapılaraq dəfn olunan şəhid Əzizov Fikrət Abbas oğlunun 40 mərasimi keçirilmişdir.
Azərbaycan Ordusunun Birinci Qarabağ müharibəsi zamanı itkin düşən və 33 ildən sonra tapılaraq 30 oktyabr 2025-ci il tarixdə dəfn olunan şəhid Əzizov Fikrət Abbas oğlunun 08 dekabr 2025-ci il tarixdə Qaradağ rayonu, Qobustan qəsəbəsində 40 mərasimi keçirilmişdir.
Mərasimdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı Aydın Hüseynov, rayon icra hakimiyyəti aparatının vəzifəli şəxsləri, şəhid ailələri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə şəhidin məzarı ziyarət edilərək üzərinə gül dəstələri qoyulmuş, ruhuna dualar oxunmuş, daha sonra ehsan süfrəsində iştirak edilərək ailə üzvlərinə başsağlığı verilmişdir
Qeyd edək ki, Əzizov Fikrət Abbas oğlu 1961-ci il yanvar ayının 13-də Qaradağ rayonu, Qobustan qəsəbəsində anadan olub. Ailəli idi. İki övladı var. O, 1992-ci il fevral ayının 26-da Xocalı rayonu uğrunda gedən döyüşlərdə itkin düşüb. Şəhid Qaradağ rayonunda, “Sofi Həmid Piri” qəbiristanlığında dəfn olunub.
Şəhid ailələrinin üzvləri şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.
Şəhidlərimizlə qürur duyur onlara Allahdan rəhmət, ailələrinə səbr diləyirik.






